Əsas Səhifə > Sosial, Manşet > Kürdəmirdə təhsil AĞLAR GÜNƏ QALIB...

Kürdəmirdə təhsil AĞLAR GÜNƏ QALIB...


11-03-2023, 10:58
Kürdəmirdə təhsil AĞLAR GÜNƏ QALIB...
DİA.AZ: - Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə şagirdlərdən məcburi qayda 6 manat pul yığılıb. Şagirdləri özəl kurslara məcburi imtahana göndərilir. Adlarının cəkilməməsini istəməyən şagirdlər təəccüblənir ki, biz bilmirik neçənci gün və hansı saatda hansı kursa imtahana getməliyik. Elm və Təhsil Nazirliyi, Kürdəmir rayon təhsil idarəsinin bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik". DİA.AZ bildirir ki, bu açıqlama ilə Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri, Bakı İnsan hüquqları klubunun idarə heyətinin üzvü Lətafət Məlikova çıxış edib.

Qeyd edək ki, Lətafət Məlikovanın bu iddiasından sonra onun təhsil sistemində çalışan yaxınlarına, konkret olaraq bacısına təzyiqlərin edildiyini də bildirib. Lətafət Məlikova deyir:

"Sizə xəbərdarlıq edirəm.
Nə qədər nöqsan var yazacağam.
Məktəbin ucan binasından yazıram bacımı cağırırlar.
Məktəblərdə yığılan rüşvətdən yazıram,bacımı dərsdən cıxarıb təziq edirlər.
Ondan tələb edirlər statusumu silim.
Ömründə bir hədiyyə , bir dəstə gül almayan,yüksək səviyyədə dərs kecən bacımın həmin məmurlara bir sözü var." Mənim bacım müstəqildir, azaddır."
.
Məktəblər haqqında yazdığım statuslarımı məktəbin və rayonun qiymətləndirmədə yüksək bal yığan müəllim bacıma dəxli yoxdur.
Bacımı müəllimlərə tərifnamə , medal verəndə, dərs bölgüsü olanda axtarın. Axı o əsl müəllimdir...."

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt