Əsas Səhifə > Sosial, Manşet > `Rabitəbank` müştərisini ƏLƏ SALIR?
`Rabitəbank` müştərisini ƏLƏ SALIR?6-03-2023, 09:29 |
DİA.AZ: - "Şikayətim "Rabitabank"dandır. "Kartmane" kartından istifadə edərək müəyyən məbləğ "cashback" yığılıb bonus hesabına. Bir neçə gündür ki mobil bankçılıq proqramına daxil olmurdum". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim var" sosial qrupundakı paylaşımında Kərəm Əsəmmədov adlı istifadəçi giley edir. Daha sonra narazı vətəndaş yazır: "Bu gün görürəm ki, bomus hesabdakə məbləğin bir hissəsi silinib. Proqramın daxili notification hissəsində 28 fevralda bir bildiriş gəlib ki, 3 marta qədər bomus hesabdan cashbacki əsas hesaba göndərməsəniz silinəcək. Bu nə mənasız birşeydi. Elə bil deyirlər ki pulu sağ cibdən aləb sola qoymasan əlindğn alırıq. Müqaviləyə və sair baxdım heç nə qeyd edilməyib bu haqda. Yarıtmaz online operatora yazəb bildirdim problemi, deyir ki, bizim instagram hesabımızda bunu paylaşmışıq qaydalar dəyişib. Bəlkə mən instagram istifadə etmirəm, ya sizin səhifəni izləmirəm?! Nə vaxtdan müqavilələrə instagram üzərindən dəyişiklik olunur? Siz də ehtiyatlı olun. Pullar artıq dələduzlar tərəfindən yox elə bankın özü tərəfindən instagramda post paylaşıb qayda dəyişməklə oğurlanır". İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |