Əsas Səhifə > Sosial, Manşet > Karqo şirkətləri ÖZBAŞINA QALIB...

Karqo şirkətləri ÖZBAŞINA QALIB...


7-02-2023, 09:15
Karqo şirkətləri ÖZBAŞINA QALIB...
DİA.AZ: - ""Dynamic Express" (Dynamex) karqo ilə səhv edib heç nə sifariş etməyəsiniz". DİA.AZ bildirir ki, bu uyarı ilə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nərgiz Cəfərova adlı istifadəçi çıxış edib.

Karqo şirkətləri ÖZBAŞINA QALIB...

Daha sonra narazı vətəndaş yazır: "Məhsulu itirib, 2 aydan çox gözlədib, üstəlik itirdiyim məbləği geri ödəməyiblər.
29 noyabr tarixində Dynamex-in Amerika anbarına məhsulum daxil olub, səhəri gün məhsulu sistemə tandılmadığını görüb özlərinə yazdım, dedilər gözləyin, 72 iş saatı (9 gün) gözləyin, daha sonra yenə yazdım, bu səfər qeyri müəyyən vaxt üçün yenə gözləyin dedilər, yenə zəng etdik çağrı mərkəzlərinə yenə dedilər ki, Black Friday-a görə yoğunluqdur gözləyin, məhsulunuz sistemə tanıdılacaq. Daha sonra yenə özlərinə yazdım ki, bəs nə oldu, onda mənə dedilər ki, indi də bizə eyni şeyi maillə yazın, bu səfər yenə müştərini yola verməyə davam edirlər deyə zəng etməyə davam etdim özlərinə, çağrı mərkəzinə zəng edəndə operatorları bəzən heç müştərinin fərdi kodunu belə soruşmur ki, vəziyyətin nə yerdə olduğuna baxsın. Daha sonra mənə yox biz bu tip müraciətləri ancaq mail üzərindən qəbul edirik yenə bizə mail yazın dedilər. Görəsən bu qədər smm operator və call center operatoru nə üçündür və müştəri niyə bu qədər onlara vaxt sərf edib həm də təkrar mail yazmalıdır ki, müracitəinə baxılsın. Daha sonra mail yazdım, 9 yanvarda tez bir zamanda araşdırıb geri dönəcəyik dedilər və itib batdılar. Daha sonra heç bir cavab almadıqca artıq daha sərt cavab tələb etdikcə bizə mailinizi bir daha göndərin dedilər və 24 yanvarda ancaq məhsulumu itirdiklərini etiraf etdilər. Məhsulumu xüsusi endirimdə almışam, artıq endirim bitib, təkrar alsam 40 dollar ziyandayam, vaxtında tədbir alsaydılar hələ nəsə etmək olardı. Üstəlik mənə təzminatınızı ancaq invoys qiymətinə görə ödəyəcəyik bu həftə dediklərinə baxmayaraq. Öncə bu həftə ərzində, daha sonra gələn həftə ərzində, indi artı q 3-cu həftəyə keçirəm ki, təzminatım ödənilməyib. Dynamexa görə əlavə xərc çəkib eyni məhsulu daha bahasına almalıyam.
Dynamic Express, görünən odur ki, nə müştəri xidmətinin nə olduğunu bilmirsinz ki, müştərilərin müraciətlərini istənilən kanal üzərindən dərhal yola vermədən qeydə almaq lazımdır (buna omnichannel customer service deyilir), nə müştəri məmnuniyyətindən xəbəriniz yoxdur, yoxsa müştərini 2 ay gözlətdiyinizi nəzərə alıb, sizə görə aldığı maddi və mənəvi zərəri vicdanla ödəməyə çalışardınız. Sizə görə niyə əlavə xərc çəkib eyni məhsulu daha baha almalıyam?"

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt