Əsas Səhifə > Sosial, Manşet > Ucarda ruhi xəstədən də RÜŞVƏT ALIRLAR...

Ucarda ruhi xəstədən də RÜŞVƏT ALIRLAR...


5-01-2023, 08:33
Ucarda ruhi xəstədən də RÜŞVƏT ALIRLAR...
DİA.AZ: - Ucar şəhəri Mirbəşir Qasımov küçəsi ev 5 sakini Behbudov Seymur Əbdüləhəd oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu şikayətimdə yazıb bildirirəm ki, ruhi xəstə olan qardaşım Behbudov Səbuhi Abduləhəd oğluna sağlamlıq arayışı almaq üçün Ucar rayon xəstəxanasında bizdən 600 manat pul alındı.
Belə ki, qardaşım Səbuhi Behbudov ruhi xəstədir.Ona sürücülük vəsiqəsi almaq üçün sağlamlıq haqqında arayış almağa görə Ucar rayon xəstəxanasına getdik.Orada bu işə baxan həkim Oktay İsgəndərov bizə bildirdi ki, ruhi xəstəyə sürücülük vəsiqəsi alamq üçün tələb olunan sağlamlıq haqqında arayışın verilməsi üçün direktor Zeynal Bayramlı qiymət qoyub 600 manat pul verməlisiniz, yoxsa baş həkim arayışa imza etməyəcək.Oktay həkim onuda vurğuladı ki, sağlamlıq haqqında arayış olmasa qardaşına sürücülük vəsiqəsi verməyəcəklər. Bizdə əlacsız qalıb çox get-gəldən sorğu-sualdan sonra baş həkim Zeynal Bayramlıya çatdırılması üçün həmin 600 manat pulu Oktay İsgəndova verdik.
Bundan sonra qardaşım Səbuhi Yevlax Qeydiyat İmtahan və Texniki Baxış İdarəsində imatahan verib sürücülük vəsiqəsi aldı.
Sonradan öyrənmişəm ki, sürücülük vəsiqəsi almaq üçün tələb olunan sağlamlıq haqqında arayışın rüsüm qiyməti 15 manat təşkil edirmiş. Ancaq nədənsə bizi çox get-gələ salıb süründürdülər və baha qiymətə sağlamlıq arayışı təqdim etdilər.
Bu korrupsiya əməllərini baş həkim Zeynal Bayramlı heç nədən çəkinmədən açıq-aşkar etsədə onun barəsində tədbir görən yoxdur.Mənim qardaşım Səbuhi Behbudov 2008-ci il tarixdən ruhi xəstə kimi Ucar rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olsada indiyə qədər ona pulsuz dərman verilməyib. Hansı ki, ruhi xəstələrə hər ay dövlət büdcəsi vəsaiti hesabına pulsuz dərmanlar verilir.
Zeynal Bayramlıda 2007-ci il tarixdən Ucar rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyir.
Mən bizə qarşı edilən bu qanunsuzluqlar barədə İcbari Tibbi Sıoğorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevə, həmin Agentliyin icraçı direktoru cənab Vüqar Qurbanova və Səhiyyə Naziri cənab Teymur Musayevə şikayət ərizələri ilə müraciət etmişəm.İnanıram ki, məni dinləyib şikayət ərizəmi obyektiv araşdırıb qanunu və təsirli tədbirlər görəcəklər.Zeynal Bayramlı 15 il ərzində çox qanunsuzluqlar edib onun barəsində çox şikayətlər edilib ancaq onun barəsində tədbir görülmür.
Mən mətbuat vasitəsi ilədə İcbari Tibbi Sıoğorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevə, həmin Agentliyin icraçı direktoru cənab Vüqar Qurbanova və Səhiyyə Naziri cənab Teymur Musayevə müraciət ünvanlayıb xahiş edirəm mənim şikayət ərizəmi obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının və onun əlaltılarının barəsində qanunu və ciddi tədbirlər görəsiniz".
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt