Əsas Səhifə > Sosial, Manşet > "ÖZSÜT" dövlətin pulunu ödəmir... Barı işçisini incitməsin...
"ÖZSÜT" dövlətin pulunu ödəmir... Barı işçisini incitməsin...29-12-2022, 08:53 |
DİA.AZ: - "Mən "Özsüt" restoranlar şəbəkəsinin "Gənclik Mall" filialinda işləyirəm. Özüm telebeyem..." DİA.AZ bildirir ki, bu barədə "Hüquqşünaslar" sosial qrupundakı paylaşımında Gözəl Mansurova adlı istifadəçi giley edərək hüquqi yardım istəyir. Narazı vətəndaşın gileyini olduğu kimi təqdim edirik: "Yanvarda imtahanlarım başlayacağı üçün Dekabrin 7 i rəhbərliyə işdən çıxmaq üçün müraciət etdim .onlar məni işdən çıxmağa icazə vermədilər dediler ki minimum 6 ay maxsium 1 il islemelisen,yoxsa əmək kitabçana ağır maddə yazılacaq . Lakin mən imtahanlara görə 6 ay işləyə bilmirəm. Sonra qardasim onlarla əlaqə saxlayıb konstitusiyamizda məcbur emeyin olmadığını və lazım gələrsə insan haqlarına müraciət edəcəyimizi bildirdi .sonra rəhbərlik dekabrın 12 i çıxış üçün stop yazdırdi və 1 ay ərzində çıxmaq üçün.ve onlar bildirdi ki işçi tez tapılsa dekabrın sonuna işdən çıxarariq . Mən sonra yerimə işçi tapdm.Lakin onlar verdikləri sözü tutmadılar .mənə yanvarın 12 e kimi işləməli oldugumu dedilər.yoxsa kitabçama ağır maddə yazacaqlarini bildirdilər . xahiş edirəm mənə hüquqi məsləhət verin .mən isə getmesem .onlar menim əmək kitabçami korlaya bilərlər?" Onu da qeyd edək ki, Gözəl Mansurova ardından daha bir paylaşım edərək, çalışdığı şirkətdə başına gətirilən növbəti oyun barədə də hüquqşünasları məlumatlandırıb. DİA.AZ olaraq onun ikinci paylaşımını da təqdim edirik: "Bu gün ozsut restoranlar şəbəkəsinin rehberliyinin nümayəndəsi Rəbiyyə xanım məni ofise çağırtdırıb . O və onun yanında olan digər xanım mənə öncədən Gənclik Mall filialının rəhbərliyine yazlı məlumat vermədiyimi irad tutaraq ,yenə də əmək kitabçama ağır madde yazilacsgini dedi (Mən bu gün işe getmedim). Ve onların yazdığı ərizəye imza cekmemi istədilər , amma mən imza atmadim .Cunki şifahi şəkildə məlumat vermişdim.Eger Ozsut rəhbərliyi qanun tərəfdən çıxış edirsə 400man olan əmək haqqımizi niye bir dəfəyə kart hesabımıza otuzdurmurlar?. Biz əmək haqqımizi 4 dəfəyə alırıq ( 2 dəfə karta köçür 2 dəfə isə nəğd) və onun müəyyən bir qisimini nəğd formada alırıq. Bu vergidən yayınmaq deyil? Və mən yenədə sizdən hüquqi məsləhət vermənizi xahiş edirəm". İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Onu da xatırladaq ki, yerli KİV-də "ÖZSÜT" şəbəkəsi ilə bağlı yetərincə neqativ məlumatlar yer alıb. Bu barədə növbəti materialımız olacaq. Bizi izləməkdə davam edin... Geri qayıt |