Əsas Səhifə > Sosial, Manşet > "World Telecom"da vətəndaşın başına necə oyun açdılar...
"World Telecom"da vətəndaşın başına necə oyun açdılar...1-12-2022, 09:16 |
DİA.AZ: - "Şikayətim ,,World Telecom" mağazalar şəbəkəsindəndir. Onsuz da nəyinsə dəyişməyini gözləmirəm və ya ummuram. Amma paylaşmaqdan da yan keçə bilmədim. İstədim bilməyənlər bilsin. Mən də bilmirdim, indi bildim". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ülfət Talıbova adlı istifadəçi yazır. Giley edən narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "İndi bildim ki , aldığımız maaşla (hansı maaş ki, o maaşa baxaraq bizə mehsulu kreditlə verməyə əldən gedirlər) əlaqəli gecikmə olanda her geciken günə faiz gəlir. Bu o faizdir ki ,müştəriyə məhsulu eninə- uzununa tərifləyib sırıyanda haqqında heç bir məlumat verilmir. World Telekom mənə bunun bütün maqazinlərdə belə olduğunu bildirir. Lakin... İndiyə qədər çox elektronik mağazalarından alış-veriş etmişəm. Məsələn, World Telecom'dan alış- veriş etməmişdən qabaq Baku Electronicsdən də məhsul almışam, lakin belə cılızlıqla qarşılaşmamışam. 1400 manat civarında olan televizora görə elə olub 1 həftə, elə olub 10 gün maaşa gorə gecikməm olub, üstünə isə heç bir faiz əlavə olunmayıb... ...Bu gecikmə ərəfəsində isə World Telecom mənə dəfələrlə zəng edib, gecikmə ilə bağlı xəbərdarlıq edib, amma faiz gəldiyini NƏDƏNSƏ də deməyib... Bəs bir halda ki faiz gəlir, niyə məni zəng edib narahat edirsən? Yox, narahat edirsənsə əgər, niyə faiz gəldiyini demirsən? ? Nə isə... World Telecom'dan axırıncı alış-verişim idi". İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |