Əsas Səhifə > Sosial, Manşet > Göyçayın başçısı getdi, Qaraşov qaldı...
Göyçayın başçısı getdi, Qaraşov qaldı...28-02-2022, 15:10 |
DİA.AZ: - Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Az əvvəl məlum oldu ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, M.Səlimzadə 2016-cı ildən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı. DİA.AZ bildirir ki, bununla bağlı lənkəraanlıların sosial qrupunda ayrı-ayrı paylaşımlar olub və lənkəanlıların təəssüf hissi ifadə olunub. Səbəbi isə sadədir. Lənkəran sakinləri Göyçaydan əvvəl öz rayonlarında rəhbər dəyişikliyi gözləyirmişlər. Sakinlər adından edilən müraciətdə deyilir: "Mehdi Səlimzadə getdi, amma Qaraşov qaldı... Ümid edirik ki, Qaraşov Lənkəranda çox qalmayacaq. Yoxsa əksi olacaq: Lənkəranda lənkəranlı qalmayacaq..." İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |