Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                     Axşam.az 12 yaşında! .....                     27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                     Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... .....                     Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı .....                     ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib .....                     Rus general Bakı və İrəvana nəyin mesajını verir? .....                     Bank kart kodlarını naməlum şəxslərə verməyin .....                     `Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                     Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq .....                     Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR .....                     Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                     Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                     Zaur Hüseynov niyə işdən çıxarıldı? .....                     İllər öncə sənətə gəlsə də... .....                     Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” .....                     Qərb Moskvaya qarşı bu “silahı” işə salır .....                     Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə .....                     Məktəblərdə istilik problemi varmı? .....                 

RAMİZ MEHDİYEV KİMLƏRƏ HANSI MESAJI ÖTÜRDÜ?
Tarix: 8-12-2012, 09:44 | Çap et
RAMİZ MEHDİYEV KİMLƏRƏ HANSI MESAJI ÖTÜRDÜ?
PA ŞEFİNİN ÇIXDIĞI YOLÇULUQ BİR ÇOXLARINI BİTİŞ NÖQTƏSİ OLACAQ

DİA.AZ: - Dünən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Elşad Abdullayevin sonuncu açıqlamasına olduqca ilginc tərzdə münasibət bildirdi ki, bu açıqlamalar da haqlı olaraq cəmiyyətdə müxtəlif istiqamətlərə yozuldu. Həmin açıqlamalara keçməzdən öncə bir məsələni vurğulamaq yerinə düşər ki, son zamanlar cərəyan edən olayların episentrində olan Ramiz Mehdiyev artıq müdafiə olunmaq zərurəti hiss edib və eyni zamanda, ona hücum edənlərə ismarıclarını yollamağı da unutmur.

Xatırladaq ki, buna qədər PA şefi, barəsində yazılanlara ya ümumiyyətlə reaksiya verməyən, ya da xəsisliklə, dolayı yollarla reaksiyasını çatdıran bir tərz nümayiş etdirdiyindən, onun artıq aktiv polemika tərəfdaşına çevrilməsi kifayət qədər diqqət çəkicidir. Qeyd edək ki, bir neçə gün əvvəl Ramiz Mehdiyev millət vəkili Rəbiyyət Aslanova tərəfindən müdafiə olunmuşdu. Və bu müdafiənin ardından belə bir qənaət ortaya qoyuldu ki, administrasiya rəhbərinin hakimiyyət içindəki mövqeləri kifayət qədər sarsıldığından, belə bir müdafiə zərurəti ortaya çıxıb.

İndi isə Ramiz Mehdiyevin özü danışdı və artıq məsələlərə yekun nöqtə vurma cəhdini də ortaya qoydu. «Elşad Abdullayev kimlərinsə əlində bir alətdir» deyən PA şefi əslində bununla növbəti açıqlamasının mahiyyəti ilə bağlı da bilgilərini anons etmiş oldu. Yəni sırada Elşad Abdullayevdən alət kimi istifadə edənlərin ifşası gəlir.

Nə baş verir? Hər halda, DİA.AZ olaraq baş verənlərin mahiyyətini izahlamamıza qədər Mehdiyevin dünənki açıqlamalarını təkrarən bölüşməyimizə ehtiyac var.

R. Mehdiyevin açıqlamasında deyilir: “Dekabrın 7-də müxalifət mətbuatında ölkədən qaçıb gizlənən Elşad Abdullayevin növbəti cəfəngiyatı ilə tanış oldum. Görünür, bu adamın xəstəliyi o qədər dərin kök salıb ki, ya bilmir nə danışır, ya da böhtan, yalan və uydurmaları ilə özünün əməllərini ört-basdır etmək istəyir. Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub.

Deputatlığı ilə bağlı isə onun mənimlə heç bir zaman heç bir söhbəti olmayıb. Bu da onun növbəti uydurmasıdır. O ki qaldı guya ABŞ səfirliyi bizdən tələb edib ki, İsa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir, bu da onun xəstə beyninin məhsuludur. Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim. Özü də bir-iki dəqiqə ərzində, ayaq üstə dura-dura. Bu yalanı və uydurması ilə o, həm də müxaliflər arasında intriqa salmaq istəyir. Guya biz sırf Müsavat Partiyasını dəstəkləyirik...

Onun cəfəng, böhtan, uydurma bəyanatları görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Şəxsiyyəti və əməlləri isə yüzlərlə saxta diplom vermiş gənclərə və onların valideynlərinə, dələduzluq yolu ilə aldatdığı insanlara bəllidir. O ki qaldı onun fırıldaqçılığına və qurduğu primitiv oyunlara, deyə bilərəm ki, bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb”.

Biz bu açıqlamada, Ramiz Mehdiyevin müxalifətlə bağlı yaratmaq istədiyi situasiyanı dəyərləndirməyəcəyik. Hər şey aydındır. Amma burada əsas diqqət çəkəni Ramiz Mehdiyevin çöküş mərhələsinin astanasında olması ilə bağlıdır. Artıq PA şefinin hətta istinad nöqtəsi kimi quru bir ağacın quru bir budağına ehtiyacının olduğu tam çılpaqlığı ilə ortadadır. Ramiz Mehdiyev artıq onu nələrin gözlədiyinin tam fərqindədir. Əgər bu gün o, «cəfəngiyyatçı» adlandırdığı Elşad Abdullayevə şəxsən opponentlik edirsə, deməli, məsələ başqadır. Halbuki dünənə qədər bu kimi situasiyalarda ilk əvvəl susurdular və sonradan ya hansısa açıqlama formasında, ya da PA-nın şöbə müdiri Əli Həsənovun dili ilə məsələyə «öldürücü» reaksiya verirdilərsə, indi artıq tamam fərqi şərait yaranıb. Ramiz Mehdiyev özü danışır.

Ola bilsin ki, kimsə onun əvəzindən danışmaq istəmir. Və ola bilsin ki, artıq onun bütöv administrasiyanın adından danışmaq yetkisi yoxdur. Halbuki yenə də öz ünvanına olan ittihamları yenə də PA-nın ümumi adına paylaşma cəhdini də «bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb» ifadəsi ilə ortaya qoyub. Yəni əslində Elşad Abdullayev konkret bir şəxsi hədəf kimi göstərir, amma Ramiz Mehdiyev cəbhə genişləndirməsinə cəhd edir. Və buradan məsələnin nə yerdə olduğu yenə də bəlliləşir.

Təbii ki, biz Elşad Abdullayevin müqəddəs bir sima olduğunu iddia etmirik. Və biz də yaxşı bilirik ki, bu gün Elşad Abdullayevə qarşı konkret ittihamlar irəli sürən Ramiz Mehdiyevin həmin istiqamətdəki bütün fikirləri həqiqətdir. Həqiqətən də, Elşad Abdullayevə məhz Azərbaycan Beynəlxalq Universitetindəki əməlləri ilə bağlı cinayət işi açıla bilər və adam buna görə mühakimə oluna bilər. Çünki keçmiş rektor ora-bura səpələdiyi milyonlarla puldan danışsa da, nədənsə həmin pulların qaynağı barədə susur.

Amma bu məsələ tamam ayrı bir mövzu olduğundan və bu gün aktual olanı məhz Ramiz Mehdieyvlə bağlı olduğundan bir qədər əhəmiyyətli görünmür. Yəni söhbət kiminsə haradan bu qədər pulu əldə etməsindən getmir, söhbət Azərbaycan dövləti adına kimlərinsə siyasi bazarlıq açmasından, insanları oğurlamasından, böyük pullar uğrunda acımasız mübarizədən və bütün bunların altında çox ciddi imzaların dayanmasından gedir.

Və aydın olanı odur ki, Ramiz Mehdiyevin bu gün qarşı tərəfə xəfif ruhlu bir hədələyici ismarıc yollaması faktı fonunda ortaya konkret bir mənzərə çıxmaqdadır: PA şefi həqiqətən də yol üstündədir və bu yolçuluğu tək onun yox, bir çoxlarının siyasi karyerasının bitiş nöqtəsi olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48
Axşam.az 12 yaşında!
Bu gün, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru