Əsas Səhifə > Araşdırma / Güney Press / Manşet > Naxçıvanda uşaq xəstəxanasında DƏRMAN BÖHRANI: Körpələrimiz təhlükədə...

Naxçıvanda uşaq xəstəxanasında DƏRMAN BÖHRANI: Körpələrimiz təhlükədə...


Bu gün, 10:44

Dərman ayrılmadığından Naxçıvan şəhərindəki Zərifə Əliyeva adına Uşaq Xəstəxanasında böhranlı vəziyyət yaranıb. İş o yerə çatıb ki, xəstəxananın təcili tibbi yardım bölməsinə gətirilən uşaqlar üçün də adi ağırıkəsiçi, yaxud istilik əleyhinə preparatlar tapılmır.
Bunun əvəzində isə, valideynərdən aptekə gedib, bu dərmanları almaq tələb olunur.
Yerli Səhiyyə Nazirliyinin xəstəxana üçün ayrılan iynə-dərman, hətta spirti belə apteklərdə satışa çıxardığı bildirlir.
Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.
Onlardan Rahilə Quliyeva deyir ki, vəziyyəti ağırlaşan nəvəsini təcili xəstəxanaya aparıblar. Lakin, həkimlər bir müddətdir onlara iynə-dərman verilmədiyini, lazım olan preparatları aptekdən almalı olduqlarını bildiriblər:
“Nəvəm qızdırma içərisində yanırdı. Təcili uşaq xəstəxanasına apardıq. Təcili iynə vurulub, sistem qoşulmağın lazım olduğunu bildirdi. Dedilər ki, bizdə iynə, sistem yoxdur. Gedin aptekdən alın, gətirin, vuraq. Hətta iynə vurmağa spirt belə yoxdur. Əvvəllər belə deyildi. Ən azından gətirilən xəstənin istiliyini salmaq, ağrısını kəsmək üçün iynə tapılırdı. İndi hər şeyi xəstəyə aldırılar. Çox zaman da adi dərmanlar deyil, bahalı firma dərmanları yazırlar.”
Digər sakin Elşən Məmmədov isə, azyaşlı oğlu üçün çağırdığı ambulansda iynə-dərman tapılmayıb:
“Bir neçə gün əvvəl oğlumun halı anidən pisləşdi. Zəng etdik, ağırışa gəldilər. Lazım olan dərman olmadığı üçün xəstəni xəstəxanaya aparmağı məsləhət gördülər. Orada da dərman olmadığını deyib, aptekə yolladılar. Məcbur qalıb, uşağı ağır vəziyyətdə qoyub apteklərdə dərman axtarmağa getdim. Bunun harası səhiyyə oldu, bunun nəyi tibbi yardım oldu ki? ”
Bundan öncə isə Naxçıvan Mərkəzi Xəstəxanasına verilən dərmanların kəsildiyi bildirilirdi.

Geri qayıt