Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Adı milyonluq yeyintidə hallanırdı... SƏSİ AVROPADAN GƏLİR...
Adı milyonluq yeyintidə hallanırdı... SƏSİ AVROPADAN GƏLİR...Bu gün, 11:59 |
|
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsində yeni və ciddi iddialar səsləndirilir. "DİA-AZ" Aran.Media-ya istinadən xəbər verir ki, məlumata əsasən, keçmiş nazir hazırda ölkə hüdudlarından kənarda — Avropa ölkələrindən birində çoxsaylı mülklərin, yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinə nəzarət edir. Mənbənin bildirdiyinə görə, həmin mülklərin bir qismi artıq tamamlanıb, digərlərinin tikintisi isə davam edir. İddialar obyektlərin milyonlarla avro dəyərində olduğunu göstərir. Daha diqqətçəkən məqam isə odur ki, mülklərin heç biri rəsmi şəkildə Səlim Müslümovun və ya ailə üzvlərinin adına sənədləşdirilməyib. Bu da əmlakın mənşəyi və maliyyə axınları ilə bağlı ciddi suallar yaradır. Mənbəmiz iddia edir ki, keçmiş nazir Avropadakı əmlaklarını idarə etmək üçün üçüncü şəxslərin, etibarnamə sahiblərinin və vasitəçi şirkətlərin xidmətindən istifadə edir. Bu isə prosesin daha da gizli saxlanılmasına imkan verir. Ekspertlər bildirirlər ki, əgər deyilənlər təsdiqini tapsa, sabiq nazirin maliyyə fəaliyyətləri ilə bağlı yeni araşdırmaların aparılması qaçılmaz ola bilər. Məsələ ilə bağlı Səlim Müslümov tərəfindən hər hansı açıqlama verilməyib. Geri qayıt |