Əsas Səhifə > Araşdırma / Manşet / Cəmiyyət > "Məgər qazilərə toxunmasaydınız, olmazdı?"
"Məgər qazilərə toxunmasaydınız, olmazdı?"6-10-2025, 12:56 |
"SOCAR sahə üzrə məsul şəxslər! Yay isti idi deyə,kondinsionerli otağınızdan çıxmırdınız.İndi sərnidir havalar. Bir azdan yenə soyuq, külək olacaq. Onda da üçüyəcəksiniz..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında müraciət ünvanlayan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı əlaqədar qurum və şəxsləri tədbir görməyə çağırır.
NHMT sədri yazır: "Bəlkə Azəriqaz İB -də aylarla gedən ixtisarlardan olunan çoxlu sayda şikayətləri " Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunun maddə 7.13. (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.) yerində,qanun,ədalət və insaf çərçivəsində araşdırasınız. Heç olmasa qazilərin şikayətlərini?
![]() Yazırlar ki:
Bu anım günlərində və qarşıdan gələn zəfər günündə çoxlu sayda qazilərimizi Azəriqazın rəhbərliyi və Region qaz idarələri həm dərəcələrini azaldıb həm də kadr ehtiyyatı adı altında işdən azad edib.
Bu onlara döyüşdən sonra vurulan ikinci ən böyük psixoloji zərbədir.Regiondakı kadr şöbələri məgər qazilərinə sahib çıxa bilmirdi?!
Azəriqaz rəhbərliyi! Zəfər günündə qaziləri bir yerə toplayıb kağız parçası və telefon verməklə deyil,qazisinə sahib çıxmaq əməldə olur,şəkil paylaşmaqla yox.
Mən şəxsən qazi tanıyıram ki,həftənin istirahət günləri fəhləlik etməklə ailəsini dolandırır,uşağının dərman pulusunu qazanır.Amma Xaqani müəllim və onun regiondakı kadr işçiləri "hər şey yaxşı olacaq" deyib qaziləri yola verir.
Məgər qazilərə toxunmasaydınız, olmazdı? Olmazdı ki, onlar elə işlədikləri yerdə qalsınlar?!
Suallar çoxdu , ancaq bilirəm ki, cavabsız qalacaq. Sizi əmin edirəm ki,sizə olunan qazi müraciətləri regiondakı şikayətlərin heç yarısı da deyil. Qazilər var ki, utandığından, abrından səsin çıxartmır. Ancaq Azəriqaz rəhbərliyi sahib çıxmır. İnanın ki,bu sarsıntı onlara pis təsir edir.Gələcəkdə onların başına gələn hər hansı xoşagəlməz hadisəyə görə kim cavabdehlik daşıyacaq?!
Hesab edirəm ki,qanun pozuntusundan əlavə hüquq mühiafizə orqanları da bu məsələni diqqətdə saxlamalıdır ki,zəfər gününə doğru zaman irəlilədikcə qazı və şəhid ailələri nə üçün narazı salınır və hansı əllər bu işdə maraqlıdır,kimə nəyə xidmət edir.
Araşdırsınlar ki,regionlarda qazilər,şəhid ailələri kimlər tərəfindən narazı salınır internetə çıxarılır,ölkə rəhbərliyindən narazı salınır.
Siz kənara atılan fəhləlik edən, ofsiantliq edən qaziləri görsəniz, hönkür-hönkür ağlayarsınız..."
Geri qayıt |