Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > “Viləşçay” MTK sakinləri ölümlə üz-üzə…
“Viləşçay” MTK sakinləri ölümlə üz-üzə…30-09-2025, 11:21 |
Bu hadisə bu gün saat 21:00-da Xırdalan şəhəri Heydər Əliyev prospektindəki “Viləşçay” MTK-nın 265. saylı binasının 2-ci blokundakı liftdə baş verib. Tribunainfo.az xəbər verir ki, bu barədə məlumat və videonu Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova-Rüstəmova paylaşıb. O bildirib ki, “Proses sakinlərin xeyrinə bitsə də, “Viləşçay” MTK tərəfindən tikilib 15 il öncə təhvil verilən yaşayış kompleksində hələ də həmin inşaat şirkətinin rəhbərlərinin hökmranlığı davam edir. Özləri tərəfindən təyin olunan komendantın işi də sakinlərdən aybaay pul yığmaqdır. Lakin həmin məbləğlə binaya lazım olan texniki qulluq da göstərilmir. Fakt odur ki, liftin nə vəziyyətdə olduğunu gördünüz. İndiyə qədər bir iş görmədikləri də göz önündə. Kimsə ölsəydi, onda necə cavab verərdilər? Harınlamış, ta bu qədər də yox! Vətəndaşı niyə düşünmürlər? Nə vaxta qədər bu özbaşınalıq hökm sürəcək?”. Geri qayıt |