Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı
Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalıBu gün, 13:07 |
Bu günlərdə redaksiyamıza Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təabeçiliyində fəaliyyət göstərən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-də baş verən rüşvət ittihamı ilə bağlı çox ciddi məlumatlar daxil olub... Daxil olmuş məlumata görə ittiham dolu şikayət məktubu nazir əvəzi Rəşad İsmayılova qədər gedib çatıb. Bu günlərdə redaksiyamıza Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təabeçiliyində fəaliyyət göstərən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-də baş verən rüşvət ittihamı ilə bağlı çox ciddi məlumatlar daxil olub.Daxil olmuş məlumata görə ittiham dolu şikayət məktubu nazir əvəzi Rəşad İsmayılova qədər gedib çatıb. Cəlilabad rayonu Qarağac kənd sakini Mirəliyev Adil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, xüsusən nazir əvəzi Rəşad İsmayılovun adına ünvanlanmış müraciətdə bildirir:”“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Suvarma sistemlərininin istismarı və təmiri idarəsinin direktoru Xəqani Ismayılov, oğlum Mirəliyev Famil Adil оğlunu rəhbərlik etdiyi idarəyə işə düzəltmək üçün məndən Otuz min manat rüşvət alıb. Xəqani İsmayilov oğlum Famili əvvəlcə sahə rəisi, daha sonra isə 6 ay müddətində özünə müavin təyin etməli idi. Doğrudur, o Famili sözügedən idarəyə sahə rəisi (böyük mütəxəssis) təyin etdirsə də, sonradan onu müavin təyin etdirməkdən boyun qaçırdı”. Məhz elə bundan sonra ata oğul arasında, o cümlədən işçi müdir arasında problemlər yaşanmağa başlanılıb. Mirəliyev Adil Xəqani İsmayılovdan ona oğlunu işə düzəltmək üçün verdiyi otuz min manatı geri qaytarmağı və Famili ışdən şıxartmağı təkidlə tələb edir. Və həmən vaxt Ekologiya və Təbii Sərvətlər Naziri olmuş Muxtar Babayevə rəsmi ərizə ilə müraciət etmişdir.Müraciətdən dərhal sonra vəziyyətin heç də ürəkaçan olmadığını görən Xəqani İsmayılov, Mirəliyev Famili məzuniyyətdən geri çağıraraq öz ərizəsi ilə işdən azad etdirib, özü isə onun atasından aldığı puldan on min manatını gecə ilə apararaq Cəlilabad rayonunda yaşayan Mirəliyev Adilin yaxın qohumuna qaytarıb və qalan iyirmi min manatı da yaxın müddətdə geri qaytaracağına söz verib. Bundan sonrakı proseslər necə cərəyan etdi? X. İsmayılov Familin atasından aldığı pulun hamısını niyə bu günə kimi qaytarmır və Mirəliyev Adili necə aldatdi? Ekalogiya Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin Ziya adlı əməkdaşı bu məsələləri araşdırarkən Cəlilabad rayonunda hansı hallarla qarşılaşdı? Ziya müəllim Adil Mirəliyevin qohumu ilə telefon danışığı zamanı, Xəqani İsmayılovdan Adil Mirəliyevə çatacaq puldan on min manatı qaytarmasının təsdiqini aldıqdan sonra,onu sənədləşdirməkdən niyə vaz keçdi? Xəqani İsmayılova bu qurumda himayədarlıq edan hansı departament rəhbəridir? Onları bir-birinə bağlayan əsl səbəb nədir? İşlədiyi az bir müddətdə Xəqani İsmayılovu belə yenilməz edən səbəblər hansılardır? Korrupsiyaya bulaşmış bu təşkilatda dövlət vəsaiti necə talanır? Bu və digər maraqlı hadisələr barəsində növbəti sayımızda P.S. Qarşı tərəfin cavab haqqını tanıyırıq... adekvat.az Geri qayıt |