Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Nabranda qiymətlər FONTAN VURUR...

Nabranda qiymətlər FONTAN VURUR...


Bu gün, 14:20

"Nabranda "Fontan" restoranında çay dəstgahını 50 manata təklif edirlər". "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu açıqlamasında tanınmış jurnalist Seymur Verdizadə qeyd edib.
S.Verdizadə daha sonra fikirlərini belə davam edib:
"Bunun adı soyğunçuluqdur!
Amma bizi soya bilmədilər. Bir az o tərəfdə, "Maral göl" istirahət mərkəzində iki çaynik çay, mürəbbə və şokolad üçün 14 manat ödədik.
Ayıq-sayıq olaq, hüquqlarımızı bilək, alnımızın təri, gözümüzün nuru ilə qazandığımız pulları soyğunçuların ayaqları altina səpməyək..."

Geri qayıt