Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > 43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu...
43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu...Bu gün, 15:15 |
"Bura hansısa ucqar kənd məktəbi deyil, Nərimanov rayonunda yerləşən 43 saylı orta məktəbin (MLK) sinif otağı və koridorudur..." DİA-AZ" xəbər verir ki, bu barədə məlumat paylaşan jurnalist Samir Feyruzov əlaqədar qurum və şəxsləri təcili tədbir görməyə səsləməklə yanaşı, həm də olduqca ilginc faktı da açıqlayıb.
O bildirib: "Bir neçə aydır ki, bu məktəbə direktor təyin edilməyib. Direktor vəzifəsini icra edən BŞTBİ-nin əməkdaşı isə valideynlərə pul yığıb sinifləri təmir etdirməyi tapşırıb. Əks halda, valideynlərə bildirilib ki, yeni dərs ilində şagirdlər məktəbə buraxılmayacaq.
Valideynlərin haqlı etirazından sonra başqa bir tələb irəli sürülüb:
Yığışıb Təhsil nazirinə müraciət edin, bəlkə sinifi təmir etdilər. Başa düşmək olmur, bu adamlar Nazirliyə özləri müraciət edə bilmirlər? Dərs ilinin başlamasına az qalmış bu qovhaqovun səbəbi nədir?
Halbuki, hər il valideynlərdən təmir adı altında 10-20 manat arası pul yığılır.
Valideynlər narahatdır, çünki sinif otağını, koridoru təmir etdirməyəcəkləri təqdirdə onların övladlarının məktəbə buraxılmayacağını bildiriblər.
Hansı məzhəbə qulluq etdiyi bilinməyən Emin Əmrullayev isə öz ampluasındadır. Sanki ölkədə Təhsil naziri yoxdur. 43 saylı orta məktəbdə olduğu kimi, Təhsil nazirliyində də tualetin qapısı yoxdur?"
Geri qayıt |