Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "Dərdimi kimə deyim... necə edim?"

"Dərdimi kimə deyim... necə edim?"


Bu gün, 16:56

"Deməli, "Kontakt Home"dan telefon aldım..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Peyman Talıbov adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bunları deyir: "Müəyyən səbəblərdən ödəniş gecikdi və telefon bağlandı.

Mən də ödəniş etdim sonradan... Cərimə məbləğini... gecikən borc və hamısını... Əlavə olaraq da 24 manat aktiv etmə haqqı aldılar. Onu da ödədim.

Mənə dedilər, 48 saat ərzində aktiv olacaq. Olmadı...

Getdim mağazaya yaxınlaşdım. Heç bir köməklik göstermedilər. Dedilər, aktiv olunub, amma telefon aktiv deyil.

Dərdimi kimə deyim... necə edim?"


Geri qayıt