Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ...
Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ...Bu gün, 14:59 |
"Samiq Sadıxov Naxçıvan Səhiyyəsini günü-gündən batırmağa davam edir". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Şərur Regional Tibb Mərkəzi PHŞ-in (tabeliyində Şərur rayon Mərkəzi Xəstəxanası,Şərur rayon Uşaq Xəstəxanası,Kəngərli rayon Mərkəzi Xəstəxanası,Sədərək rayon Mərkəzi Xəstəxanası) direktoru Asiman Yusifov Şərur Regional Tibb Mərkəzi PHŞ-də direktor olduğu müddətdə günü-gündən batan Naxçıvan səhiyyəsini daha da batırmağa Samiq Sadıxova böyük dəstəyini nümayiş etdirərək səhiyyəni düzəltmək əvəzinə özünə təmtəraqlı ad günü keçirtməklə və naziri kimi öz güzəranını yaxşılatmaqla məşğuldur.
Qeyd edək ki,Şərur rayon Mərkəzi Xəstəxanasına Asiman Yusifov təyin olunan gündən xəstəxanada işləyən bəzi həkimlər və tibb işçiləri ilə əlbir olaraq Samirə adlı baş tibb bacısının əli ilə rüşvət yığmaqla məşğuldur.
Bunlardan misal kimi Şərur rayon Mərkəzi Xəstəxanasında cərrah işləyən ,hər hansısa bir yolla ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin anesteziologiya diplomunu əldə etmiş,Səhiyyə Nazirliyindən hər-hansısa bir yolla cərrah sertifikatı əldə edərək,Şərur rayonunda saysız hesabsız ölümlərə səbəb olan Nurlan adlı həkimdən,Naxçıvan Dövlət Universitetini pediatriya ixtisası üzrə bitirərək,sonradan hər hansısa bir yolla radioloq olan Adəm həkimdən,Azərbaycan Tibb Universitetini pediatriya ixtisası üzrə bitirsə də,möcüzələr əsnasında terapevt olmuş 75 yaşlı 1000 manat və daha yüksək məbləğə saxta əlillik təyin etmə üzrə mütəxəssis olan Ramiz həkimdən rüşvət toplamaqla məşğuldur.
Bildiririk ki,Şərur rayon Mərkəzi Xəstəxanasında bu qanunsuzluqlarla yanaşı tibb müəssəsindən alınan sağlamlıq arayışları və sürücülük vəsiqəsi üçün alınan arayışlara köçürülən pulların əksəriyyəti xəstəxananın bank hesabına köçməyərək ,mühasibatlıq,
arayışı verən qeydiyyatçılar və Asiman Yusifov arasında bölünür.
Əlavə olaraq imtiyazlı xəstələr üçün dövlətimiz tərəfindən ayrılan dərmanlar xəstələrə rüşvət müqavilində satılır.Satınalma prosedurları saxtalaşdırılır,satınalma keçirilmədən öncə razılaşdırılır,müəyyən otkat vədi alındıqdan sonra,vədi verən şirkətə verilir.
Asiman Yusifovun tələbinə əsasən analizlər Şərur rayonunda fəaliyyət göstərən özəl xəstəxanalara yönləndirilir ki,həmin müəssələrdən göndərilən ümumi analiz məbləğinin 15%-i miqdarında otkat alınır.Şərur rayon Mərkəzi Xəstəxanasında xəstələri və yaşlıları 2-ci və 3-cü mərtəbəyə qaldırmaq üçün istifadə olunan liftlər işləmir,KT olduğu halda işləmir,laboratoriya işləmir,ginekoloqlar və cərrahlar paslı alətlərlə və qeyri steril əməliyyatxanada insanları bədbəxt etməklə və insanlardan rüşvət tələb etməklə məşğuldur.
Şərur rayonunda havalandırma sistemi olduğu halda işləmir,əməliyyatxanada isə sterillik pozularaq kondisioner qoyulub,bu isə qanuna tamamilə ziddir.Şərur rayon Mərkəzi Xəstəxanasının işçiləri və rayon sakinləri xəstəxanada istidən və antisanitar şəraitdən boğulmaq səviyyəsinə çatdığı halda,Asiman Yusifov özü kondisionerli sərin otaqda gündəlik güzəranını yaxşılaşdırmaqla məşğuldur.
Şərur rayon Mərkəzi xəstəxanasında ixtisası olmayan həkimləri ixtisaslı həkim kimi işlədirlər,hətta bəzilərini şöbə müdiri belə təyin ediblər.Əksər həkimlər və tibb işçiləri ümumiyyətlə sertifikasiyadan keçməyib,bəzilərinin isə ümumiyyətlə diplomu saxtadır.
Şərur rayonunda təcili yardım şöbəsinə müraciət edən xəstə münəccim olmalıdır ki,ona hansı dərmanların lazım olduğunu öncədən bilsin,təcili yardıma gələrkən aptekdən öz vəsaiti hesabına alsın.Halbuki dövlətimiz insanların sağlamlığının təmin olunması üçün böyük məbləğdə vəsait ayırır.
Dövlət tərəfindən ayrılan vəsaiti isə Samiq Sadıxov özü kimi dövləti talayanlarla birlikdə əlbir olaraq insanlara sərf etmək əvəzinə özünə mal-mülk almaqla məşğuldur.
25 iyulda Samiq Sadıxov digər qəbulları kimi gözdən pərdə asmaq üçün Şərur rayon Mərkəzi Xəstəxanasında qəbul keçirtdi və formal olaraq 5-10 öncədən hazırlanmış özlərinin adamlarını qəbul edərək Şərur rayon İcra başçısı ilə arxa fonda bahalı 150 min manatlıq Lexsus maşını ilə şəkillər çəkdirərək özünü reklam etdirərək geri qayıtdı.
Şərur rayon İcra hakimiyyətinin başçısının da Xəstəxananın batmasına göz yummasının səbəbi odur ki,başçının həyat yoldaşının adı 1.0 ştat vahidi Naxçıvan MR Sosial Müdafiə Nazirliyin Tibbi Sosial Ekspert Komissiyasında həkim ekspert kimi, 0,5 ştat vahidi isə Şərur rayon Uşaq Xəstəxanasında həkim pediatr kimi gedir.
Həkim pediatr hər gün işdə olmalı olduğu halda həftənin 6-cı günləri 1-2 saatlıq xəstəxanaya gəlir,özünə lazım olan xəstələri qəbul edir və gedir.
Əksər hallarda isə ümumiyyətlə gəlmir.Həyat yoldaşının icra başçısı olması imtiyazından istifadə edərək direktoru Asiman Yusifovu belə saya salmır.Qeyd edək ki,Asiman Yusifov da ona rəhbərlik edən dövlət büdcəsini talayan və korrupsiya ilə məşğul olan Samiq Sadıxov kimi ,icra başçısı Kamal Cəfərov kimi Vasif Talıbovun kadrı hesab olunur.
Talıbovun dövründə Babək rayon Mərkəzi Xəstəxanasının baş həkimi olmuş Asiman Yusifov,Talıbovun istintaqı aparılan zaman etdiyi böyük yeyintilərə görə istintaq orqanı tərəfindən dindirilib.
Sonradan isə hər hansısa bir yolla əvvəlki rəhbərliyin üzünə duraraq məsuliyyətdən yayına bilib.
Çox hörmətli hüquq-mühafizə orqanlarından xahiş edirik Şərur Rayon Mərkəzi Xəstəxanasının qeyd olunan qanunsuzluqlarını yoxlasınlar,tibbin inkişafı ilə deyil,özünə təmtəraqlı ad günü keçirdib hədiyyələr qəbul edən direktor Asiman Yusifovun barəsində tədbir görsünlər ki,Asimana və Asiman kimilərə dərs olsun ki,dövlətdə vəzifə tutmaq ,çox hörmətli Cənab Prezidentimizin dediyi kimi xalqın,insanların qeydinə qalmaq üçündür,rüşvət yığıb,təmtəraqlı ad günü keçirtmək üçün yox!
Geri qayıt |