Əsas Səhifə > Araşdırma / Güney Press / Manşet > LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın?
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın?Dünən, 12:53 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Leqal qumar və ya adını nə qoyuruqsa, qoyaq fərq etmir. Biriləri Azərbaycanda əlini qolunu sallayaraq qumar oynadacaq və bu qumardan milyonlar qazanacaq, kasıb təbəqə isə son çarə bəxtini qanuni qumarda axtaracaq. "DİA-AZ" qeyd edir ki, bu gün hətta parlamentdə müzakirə olunaraq Azərbaycanda kazinoların fəaliyyətinin qanuniləşdirilməsi prosesinə start verilib. Təbii ki burda qəbahət doğuracaq nəsə yoxdur. Yəni turizm üçün açıq olan ölkələrdə bu tipli əyləncə növlərinin olması təbiidir. Amma əyləncə xarakterli... daha millətin evini yıxma hədəfi ilə yüklənmiş yox... Hə... kazinolar açılqacaq... Amma aidiyyatı qurumlar buna qədər "Azərlotoreya"ya bir əl gəzdirsələr... yaxşısı bu olar. Çünki... “Azərlotoreya” yəni, qanuni qumarbazlar metro çıxışlarını, universitet kənarlarını hədəf alaraq daha çox bilet satmaq üçün əlindən gələni edir. Bəs bu biletlərdən sizin cek pot udma şansınız bilirsiz neçədi? 0.00002 faiz. Buna görə də qanuni qumarın zərəri faydalarından qat-qat çoxdur. Çünki, riyaziyyat dəqiq elmdir və heç vaxt sizi aldatmaz. 0.00002% ehtimal dalınca qaçmaqdansa, “Azərlotoreya”ya ayırdığınız vəsaiti özünüzə və ya sevdiklərinizə xərcləsəniz, daha gözəl olar. Sizin qanuni qumara xərclədiyiniz vəsaitin toplamı isə milyonlara bərabərdir. "DİA-AZ" olaraq mətbuat üzərindən “Azərlotoreya” haqqında araşdırma etdik. "Qumar saytı" 2022-ci ilin yekunlarına dair hesabatlarını açıqlamasa da, 2021-ci il hesabatını incələdik, hesabladıq, baş yorduq və nəticədə "baş qumarbaz"ın əldə etdiyi gəliri tapdıq. Absurd rəqəmlərdən söhbət gedir. “Azərlotoreya”nın 2021-ci ildə əldə etdiyi xalis mənfəəti Azərbaycanda fəaliyyət göstərən 25 bankdan heç 12-si 2022-ci ilin sonunda əldə edə bilməyib. Yəni, 12 bankın 2022-ci il göstəriciləri “qumarxananın” 1 il əvvəlki göstəricilərinə görə azdır. Onların ümumi mənfəəti 20 milyon 873 min manat olub ki, bu da əksər bankların göstəricilərinə görə çoxdur. Buna görə də yerli banklarımız leqal qumar işinə investisiya etsələr, bankdan daha çox gəlir əldə etmiş olarlar.
“Azərlotoreya”nın cəmi aktivləri 31 milyon 873 min manatlıq aktivə sahib olub. Bunun 6 milyon 744 min manatı və ya 21.1%-i uzunmüddətli, 25 milyon 129 min manatı və ya 78.8%-i isə cari aktivlər olub. Qumarxananın aktivlərinə görə faiz gəlirliyi isə 65.5% təşkil edib. Azərbaycan banklarının heç biri bu göstəricini əldə edə bilməz. Çünki 2022-ci ilin sonunda bankların aktivlərindən ən yüksək istifadəsi 5.26% olaraq müəyyən olunub. Hətta 25 bankın toplam göstəricisi 40.3%-i keçə bilməyib.
Qanuni qumarxananın audit göstəricilərini isə “KPMG Azərbaycan limited” şirkəti hesablayıb. Hansı ki, “KPMG Azərbaycan limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti 16.01.17-ci il tarixli ərizəyə əsasən müvəqqəti olaraq dayandırılmışdı. Geri qayıt |