Əsas Səhifə > Araşdırma / Güney Press / Manşet > Pirallahıdan Allahın da xəbəri yoxdur...
Pirallahıdan Allahın da xəbəri yoxdur...Dünən, 14:36 |
Redaksiyamıza daxil olan məlumata görə Pirallahı rayonu Vuqar Əsədov küçəsin 40 ünvanında qanunsuz tikinti işləri aparılır. Qanunsuz tikinti hasara alınaraq həyata keçirilir. Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Pirallahı rayon İcra Hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur. Qanunsuz tikinti ilə bağlı Pirallahı rayon İcra Hakimiyyəti və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi heç bir məlumat almaq mümkün olmadı.
Qeyd edək ki,2013-cü ildən Pirallahı rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovdur.
xalq.online
Geri qayıt |