Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ...
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ...Dünən, 19:10 |
Tehsilmedia.az saytının redaksiyasına daxil olan şikayətlərdən biri də Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədovadandır. Belə ki, Ramella Məmmədova öz haqqını tələb edən, sevilən və seçilən müəllimlərdən Sifahanov Coşqunun haqqına girmiş və müxtəlif oyunlarla özbaşınalığa yol açmışdır. Belə ki, Coşqun Sifahanov Füzuli rayon 39 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir. Müəllim 2023-cü ildə direktorların işə qəbulu imtahanında iştirak etmiş və hər iki mərhələdən uğurlu keçmişdir. Komissiya rəyinə uyğun olaraq müavinlik üçün uyğun görülmüşdür. Ehtiyat kadrlar siyahısına daxil olmuşdur. Elə problemlər də buradan başlamışdır. Əvvəlcə, öz məktəbinə müavin kimi təyin ediləcəyi gözlənilsə də, Nazirliyin əmrinə müvafiq olaraq metodbirləşmələrin ləğv edilməsi ilə həmin məktəbə metodistlərdən birini müavin təyin etdilər. Beləliklə, 26 dekabr 2024-cü ildən Zərəntac Məmmədova Füzuli rayonu 39 nömrəli tam orta məktəbin direktor müavini kimi fəaliyyətə başlamışdır. Amma Coşqun Sifahanov 6-7 aydır ki, heç bir vakansiyaya yerləşdirilmir. Rayonda kifayət qədər vakansiyalar olmasına rəğmən heç bir vakansiyaya təyin edilmir. Məsələn, Horadiz şəhər 3 nömrəli məktəbin müavini olmadığı halda ora təyinat verilmədi, bildirildi ki, oranın adamı var. 3 ildir oranın müavini Füzuli rayonu 39 nömrəli məktəbdə direktor idi. Nəhayət, metodbirləşmələr ləğv olunduqdan sonra oraya müavin təyin edildi. Madam Bir il öncə Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları Ramella xanıma bildirirlər ki, rayonda Qayıdış qəsəbəsində müavin yeri vakant olan məktəb var, rayonda da iki nəfər müəllim ehtiyat kadrlardadır: Mətin Qasımov və Coşqun Sifahanov. Bunu deyən kimi Ramella Məmmədova deyir: “Coşqun o məktəbə getməz, ora başqa adam təyinat verin”. Bu da bir daha göstərir ki, Ramella Məmmədova təkbaşına, müəllimi dinləmədən qərar verir. Beləliklə, bir gənc müəllimin arzuları və xəyallarını puç edir. Dəfələrlə qəbulda olsa da, konkret bir səbəb bildirmədən sadəcə olaraq yenidən imtahan verin bildirilmişdir. Hansı ki, Coşqun müəllim imtahandan uğurlu keçdiyini, komissiya rəyi olduğunu bildirir və əgər bu gün təyin olunmursa, yenidən imtahan verməyin də bir mənası olmadığını, onda da təyinat verməyəcəklərini dilə gətirir. Çünki hər mərhələdən uğurla keçdiyi halda heç bir təyinat verilmirsə, demək ki, bu birbaşa oyundur. Bundan əlavə, Ramella Məmmədovanın kobud rəftarı, mən belə istəyirəm, mənim arxam var, heç kim mənə heç nə edə bilməz. Mənim ürəyim belə istəyir, get əlindən gələni et görüm nolacaq-kimi danışıqları hən təhsil sahəsində çalışan işçiyə layiq deyil, nə də ki, bir müəllimə qarşı düzgün etik davranış deyil. Qeyd edək ki, Coşqun Sifahanovun qardaşı Qarabağda əhrəmanlıqla döyüşən və qazi adı alan, 5 medalı olan igidlərimizdəndir. Amma nə fayda Ramella xanım, mənə heç kim heç nə edə bilməz, Burda mənəm, Bağdadda kor xəlifə deyərək işini davam etdirir. Dəfələrlə qanuni və mədəni səviyyədə müraciət edilsə də, hamısında təkrarlanmış məktublar göndərilmiş və qəti şəkildə səbəb bildirilməmişdir. Geri qayıt |