Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Qanunları pozub cəzasız qalan Samir Mollayev...
Qanunları pozub cəzasız qalan Samir Mollayev...Bu gün, 11:30 |
![]() Artıq bir neçə aydır ki, SOCAR AQŞ-də işçilərin maaşları verilmir. Qeyd edək ki, bu məsələni davamlı olaraq diqqətə gətirən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bu dəfə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmana müraciət edərək problemin həll olunmasının vacibliyini önə sürür. "DİA-AZ" olaraq NHMT sədrinin işçilərin maaşlarının verilməməsi ilə bağlı etdiyi müraciəti olduğu kimi təqdim edirik: "Bir daha xatırladırıq: Ölkənin əmək qanunvericiliyini pozan işəgötürənlərin məsuliyyətləri; ARƏM Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət ARƏM Maddə 312. Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət *** İki aydan artıqdır ki, SOCAR AQŞ işçilərin əmək haqqını ödəmir və cəzasız qalıb. Bu halda ölkənin əmək qanunvericiliyini pozub cəzasız qalan Samir Mollayev "yaxşı edirəm", müvafiq dövlər qurumları isə "yaxşı edir" demiş olur?! İki aydır ki, SOCAR AQŞ rəhbərliyi tərəfindən ailəsi ac qoyulan işçilər yazır: SOCAR AQŞ hələ də əmək haqqımızı ödəməyib. Həftə əvvəli deyir həftə sonu veriləcək, həftə sonu isə deyir, gələn həftə. Sonuncu dəfə fevral ayında əmək haqqı almışıq. *** Qeyd edək ki, SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları :SOCAR-13.38% , #nobeloilltd - 73.77% , Abşeron Qazma MMC -12.85%..." Geri qayıt |