Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > YENİ KOMANDADA: Deşik təkər...
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > YENİ KOMANDADA: Deşik təkər...

YENİ KOMANDADA: Deşik təkər...


29-04-2025, 15:56
YENİ KOMANDADA: Deşik təkər...
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun başının üzərini "qara buludlar" alıb.

"DİA-AZ" xəbər verir ki, İsmayıllıda yaxın günlərdə rəhbər dəyişikliyi gözlənilir və bu barədə xəbər verən qaynaq iddia edir ki, ola bilsin, Nahid Bağırovla bağlı hüquqi araşdırma da aparılsın: "Çünki ortada yeyinti faktı var və Nahid Bağırov məhz etimadı itirdiyindən bu məsələ ciddi şəkildə təftiş ounur".

"DİA-AZ" xatırladır ki, Nahid Bağırov İsmayıllının icra başçısı vəzifəsinə 2020-ci ildə təyin edilib. Həmin vaxt hakimiyyət idarəetmədə islahatlara başladığını bəyan etmişdi. Rəsmi təbliğatın ana xəttini vəzifələrə yeni və gənc kadrların təyin edilməsi tuturdu. Bu, cəmiyyətdə birmənalı qarşılanmasa da, əksəriyyət uzun illər vəzifədə kök atmış məmurların yeni və gənc kadrlarla əvəzlənməsi siyasətinə dəstək verirdi.

Nahid Bağırov da gənc kadr kimi icra başçısı vəzifəsinə təyin edilmişdi. Lakin bir neçə ay keçəndən sonra "restoran qalmaqalı" ilə gündəmə gəldi. O zaman Nahid Bağırovun gənc və təcrübəsiz olması nəzərə alınaraq ona toxunulmasa da, Prezident İlham Əliyev sərəncamı ilə töhmət verilmişdi. Sərəncamda deyilirdi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Ardından Nahid Bağırovun müğınni qalmaqalı gündəmə gəldi... Və bu məsələ artıq "yuxarıların" səbr kasasın daşırdı...

Məlumdur ki, Nahid Bağırov 5 ildir İsmayıllıya rəhbərlik edir. Bu müddət ərzində o, hər hansı bir müsbət addımı ilə yadda qalmayıb. İsmayıllıda da müsbətə doğru hansısa dəyişiklik nəzərə çarpmır. Əksinə, Nahid Bağırova tabeli şəxs - icra nümayəndəsi rüşvət ittihamı ilə saxlanılır.

Görünən odur ki, Nahid Bağırov 5 il ərzində təcrübə toplaya bilməyib, yaxud o, yeni konfiqrasiyaya uyğunlaşmaqda çətyinlik çəkir.

Geri qayıt