Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "`Aplus` supermarket pulumu vermir, DOLANA BİLMİRƏM"
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > "`Aplus` supermarket pulumu vermir, DOLANA BİLMİRƏM"

"`Aplus` supermarket pulumu vermir, DOLANA BİLMİRƏM"


23-04-2025, 12:20
"`Aplus` supermarket pulumu vermir, DOLANA BİLMİRƏM"
2-ci Qarabağ müharibəsi qazisi Xəyal Məmmədov "Aplus" marketlər şəbəkəsinin rəhbərliyindən şikayətçidir.

"DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlər zamanı baş nahiyəsindın ağır xəsarət alıb. Şikayətçi deyir ki, cəmi 80 manat məbləğində müavinət alır, onunla ailəsini çox çətinliklə dolandırır.

İş qabiliyyətini itirdiyi üçün fiziki iş görə bilmədiyini deyən Məmmədov kiçik biznes quraraq, müxtəlif ərzaq məhsulları satışına başlayıb.

Qazi iddia edir ki, "Aplus" marketlər şəbəkəsinin müdiriyyəti uzun müddətdir ki, onun məhsullarını mütəmadi alıb, lakin artıq bir aydan çoxdur ki, satış üzrə rəhbər vəzifəsində çalışan Pərviz adlı şəxs məhsulların ödənişini etməkdən imtina edir.

Xəyal Məmmədov bununla bağlı dəfələrlə adı çəkilən şəxslə danışıb problemi həll etmək istəsə də, nəticəsi olmayıb.

Məsələ diqqətimizdədir...

Geri qayıt