Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Binəqədidə 4 mərtəbəli bina tikilir, amma kimsənin xəbəri yoxdur...
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Binəqədidə 4 mərtəbəli bina tikilir, amma kimsənin xəbəri yoxdur...

Binəqədidə 4 mərtəbəli bina tikilir, amma kimsənin xəbəri yoxdur...


16-04-2025, 06:29
Binəqədidə 4 mərtəbəli bina tikilir, amma kimsənin xəbəri yoxdur...
Bakıda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan aparılan qanunsuz tikinti işlərinin sayı artmaqdadır.
Belə qanunsuz tikintilərdən biri də Binəqədi rayonunda aparılıb. Məlumata görə Binəqədi rayon G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binasının (apartman) tikintisi üçün dövlət qurumlarının hər hansı bir rəsmi icazəsi olmayıb.
Tikinti sahibinin Binəqədi icra hakimiyyəti ilə anlaşaraq binanı tikdiyi iddia edilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binası ilə bağlı hərhansı bir məlumata rast gəlmədik.
Hazırda binanın artırılma hissəsində (mansard) olan mənzillər satışa çıxarılıb.
Bildirilir ki, kvadratı 1100 manata satılan mənzillərə kupça ilə yox sadəcə alıq satqı müqaviləsi ilə satılır.
Yaşayış binasında mənzillərin satışı ilə Vəkil adlı şəxs məşğul olduğu deyilir.
Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

/AzFakt.com

Binəqədidə 4 mərtəbəli bina tikilir, amma kimsənin xəbəri yoxdur...
Binəqədidə 4 mərtəbəli bina tikilir, amma kimsənin xəbəri yoxdur...
Geri qayıt