Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Şeyxin GİZLİ-AŞKAR BİZNESİ: hələ vaxt da qoyurlar...
Əsas Səhifə > Araşdırma, Manşet > Şeyxin GİZLİ-AŞKAR BİZNESİ: hələ vaxt da qoyurlar...

Şeyxin GİZLİ-AŞKAR BİZNESİ: hələ vaxt da qoyurlar...


7-04-2025, 11:47
Şeyxin GİZLİ-AŞKAR BİZNESİ: hələ vaxt da qoyurlar...
"Hamı bilir ki, Allah Şükür Paşazadə böyük biznes sahibidir. Şeyxülislamın varidatı ölkənin hüdudlarını aşır. Qafqaz Müsəlmanları İdarəsi rəisinin kurort şəhəri Karlovı Varıda da istirahət obyekti var. Şeyximizin fərasəti çoxşaxəlidir..." DİA-AZ" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə bağlı açıqlamasında tanınmış jurnalist Sima Babayeva qeyd edib.
"Nəzir qutularından başqa dəmir-dümür, meyvə-tərəvəzdən də pul çıxardır. Ölüdən də, diridən də pulu gəlir..." deyə iddiasını davam etdirən jurnalist daha sonra əlavə edib:
"Əsas gəlir mənbələrindən biri də Təzə Pir Məscididir. Son illər toy mərasimlərində olduğu kimi yas mərasimlərində də əndazəni aşırlar. Süfrədə nə desən tapmaq olur. Hətta sifarişlə fərqli menyular da təşkil edirlər. Bir sözlə, ölkədə bir yas biznesi var və onun da başında Qafqaz Müsəlmanları İdarəsi durur. Təzə Pir məscidinin böyük mərasim evi var. Evin bir neçə mərtəbəsində hərəsi 300, 400, 500 nəfər tutan zalları var. Gündəlik külli miqdarda qazanc götürürlər. O qədər şirnikləniblər ki, indi yas mərasiminin keçirilməsi üçün 2 saat məhdudiyyət qoyublar. Yəni, iki saat içində molla yasinini oxumalı, dual edilməli, ağlamalı, ehsan yeyilməlidir. Ölü sahibi bilməyəcək dərdini çəksin, yoxsa dar vaxtda bütün bunları çərçivəyə sala bilsin. Belə getsə, mollalar da toylarda yarım saat oxuyan müğənnilər kimi edəcəklər, gəlib yarım saat moizə, mərsiyyə oxuyub gedəcəklər..."

Geri qayıt