Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “AzTeleKom” DÖVLƏTƏ SÖYKƏNİB... rəsmən LOTULUQ EDİR...
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > “AzTeleKom” DÖVLƏTƏ SÖYKƏNİB... rəsmən LOTULUQ EDİR...

“AzTeleKom” DÖVLƏTƏ SÖYKƏNİB... rəsmən LOTULUQ EDİR...


29-03-2025, 08:33
“AzTeleKom” DÖVLƏTƏ SÖYKƏNİB... rəsmən LOTULUQ EDİR...
"DİA-AZ" olaraq bir narazı vətəndaşın aidiyyatı qurum və şəxslərə müraciətini təqdim edirik. Hər halda bu müraciətdə “AzTeleKom” kimi bir dövlət qurumunun özbaşınalığı aydın şəkildə hiss olunmaqla yanaşı, bunun qarşısının alınmazlığı səbəbindən vətəndaş çarəsizliyi də hiss olunmaqdadır... Beləliklə, narazı vətəndaş yazır:
"Sualım belədir ki "Aztelekom" internet xidmətinə illər öncə aylıq 13 manat olanda qoşulmuşuq. Müqaviləyədə 13 azn ADSL xidmətimə görə qol çəkmişik. Sonra 2024-cü ilin avqust ayında heç bir xəbərdarlıq etmədən köhnə telefonu və interneti kəsdilər. Özləri Aparatı gətirib qoydular. Dedilər bundan sonra hamı 13 manat yox 18 manat ödəyəcək. Bizdə Avqust ayından 18 manatdan ödəniş etməyə başladıq. Sonra Oktyabr ayında dedilər ki 27 manatdan ödəniş olacaq. Sürət qalxacaq... nə bilim nə. Bizdə Oktyabrdan 27 manatdan başladıq ödəməyə. Amma Sürət qalxmadı. Həm də baha olduğuna görə cibimizə uyğun deyil.Tək qadınam işdən aldığım əmək haqqı 400 manat maaşım güclə bəs edir ay sonuna. Ailənin bütün yükü mənim üstümdə. Indi bizdə interneti kəsdirmək istəyirik deyirəm ki gəlin modeminizidə götürün aparin internetinizi də kəsin... bunlar da deyir Sentyabr ayına qədər kəsidirsəniz cərimə olacaq. Bizdə 13 manatlıq inter olanda müqaviləyə qol çəkmişik... nə 18 manat olanda, nə də 27 manat olanda heç bir müqaviləyə qol çəkməmiş. Özləri gətirib qoyub aparatı. Belə olan halda yenə bizi cərimə edə bilərlər?.."

Geri qayıt