Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır...
BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır...Bu gün, 08:31 |
"SOCAR "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyi, işçiniz sizdən xahiş edir ki, rayon xidmət sahələrində monitorinq aparasınız!" "DİA-AZ" bildirir ki, bu çağırışla Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib. NHMT sdəri daha sonra "Azəriqaz" işçisinə istinadla olduqca ilginc bir məqama işqı salır "Hörmətli "Azəriqaz" İB-nin yeni rəhbəri, və rəhbərin müavinləri. Siz vəzifəyə təyin olunduqan sonra hansısa bir rayonun xidmət sahələrində olmusunuzmu? Olmamısınız... olsa idiniz siz bu çətinliyi görüb tədbirlər görərdinz. Deyirsiniz, "Azəriqaz" ziyanla işləyir, amma etiyiniz bu hərəkət düzgün deyil. 2024-cü ilin sentyabr ayından xidmətlərdə başlanan sayğacların əymə üsuluna keçirilməsi əməliyyatlarında işcilər artıq bezib. Ay ərzində qoyulan 288 plandan yalnız 50 kran verirsiniz. Digərini bizə dəxli yoxdur, gedin, alın deyirsiniz. Belə zülm olmaz, son iki aydir 1 dənə də olsun anbarlara mufta, keçid 25/20, "baçonka" 20 mm, Laqonda daşı, Montaj ipi, vermirsiniz... Üstəlik nəqliyyat. Əgər siz işçilərin aylıq əməkhaqqı ilə "Azəriqaz"ın ziyanını ödəmək istəyirsinizsə, bu düzgün məsələ deyil. Biz hələlik səsimizi abrımızdan çıxarmırıq, bu o demək deyil ki, siz bu yolla davam edəsiniz. 100 faiz əminik ki, yanvar 2025-ci il tarixdən artıq borunu da bizə aldıracaqsınız. Monitorinq aparılsın" rayonların bütün tikinti materailları dükanlarına qaz idarələrinin bütün əməkdaşlarının borcu var. Sizə məsləhətim odur ki, Siz hər hansı bir rayon qaz istismarı idarəsinə yollanın və baxın onlar nə iş görür. Anbarlarına baxın, sonra axşam işcilərdən bir-bir soruşun, "Siz nə iş gördünüz və nə ilə gördünüz... necə etdiniz?" deyə soruşun... "Azəriqaz" İB rayon qaz idarələrində qoyduğunuz plan üzrə “Əymə” üsuluna keçirilməsi nəzərdə tutulan və artıq “Əymə” üsuluna keçirilmiş qaz sayğaclarının giriş hissəsində quraşdırılan qaz kranlarının bağlayıcı avadanlığında "Metak" şirkətinin istehsalı olan Azəriqaz İB-nin loqosu ilə möhürlənmiş qaz kranlarından istifadə etmək Sizin təlimatınızdir. Niyə? Digər ucuz materialı zəif olan kranlardan qaz idarələri istifadə edir bilirsinz? Cünki Siz kranı vermirsiniz... kranı ucuz qiymətə işcilər alır. Planı doldurmaqdan ötrü..." Geri qayıt |