Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Naxçıvan səhiyyəsi `GÜL VURUR`: Yeni PULYIĞMA METODU...
Naxçıvan səhiyyəsi `GÜL VURUR`: Yeni PULYIĞMA METODU...16-12-2024, 11:14 |
Naxçıvan Mərkəzi Xəstəxanasında MRT müayinəsindən keçmək istəyən xəstələrdən 150 manat rüşvət tələb olunur. Yerli sakinlərin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, pulsuz müayinə gündəlik yalnız növbədə duran ilk 10 nəfərə təklif edilir. Digər xəstələr isə yalnız bu məbləği ödədikdən sonra müayinə oluna bilirlər. TƏK MƏRKƏZ, BÖYÜK NÖVBƏ Muxtar Respublika ərazisində MRT xidməti yalnız Naxçıvan Mərkəzi Xəstəxanasında mövcuddur. Digər xəstəxanalarda ya bu cür aparat yoxdur, ya da onlar işlək vəziyyətdə deyil. Nəticədə, hər gün onlarla şəxs məcburən Mərkəzi Xəstəxanaya müraciət edir. Şərur rayon sakini Maqsud Səfərovun sözlərinə görə, o, təcili müayinə üçün tələb olunan məbləği ödəməyə məcbur qalıb: "Naxçıvandakı bütün MRT aparatlarını qəsdən xarab ediblər ki, növbə yaransın. Camaat da məcbur qalıb tələb olunan rüşvəti ödəsin. Keçən həftə MRT-dən keçmək üçün xəstəxanaya getdim. İlk 5-10 nəfərə talon verilmişdi. Mənə dedilər ki, ya sabah gəl, ya da 150 manat ödə. Müalicəm təcili olduğu üçün məcbur qalıb pulu verdim." TALONLAR NECƏ BÖLÜŞDÜRÜLÜR? Naxçıvan şəhər sakini Bəşir Aslanov isə pulsuz talonların ədalətsiz paylanıldığını bildirir: "Səhər tezdən xəstəxanaya getdim, amma artıq talonların paylanıldığını dedilər. Əlavə 20-30 nəfər növbədə idi. Rüşvət tələb olunmasının qanunsuz olduğunu bildirsəm də, heç kim buna əhəmiyyət vermədi. Etiraz edəndə məni mühafizəçilər otaqdan çıxartdı. Şikayət etmək üçün Səhiyyə Nazirliyinə getdim, amma mənə dedilər ki, bu nariz Samiq müəllimin göstərişidir və bu barədə şikayətlərə baxılmır." “ONLAR ÜÇÜN İNSAN HƏYATI YOX, CİBLƏRİ VACİBDİR” Yerli sakinlər MRT müayinəsinə görə tələb olunan rüşvəti insan həyatı ilə oynamaq kimi dəyərləndirirlər. Xüsusilə ağır xəstələr və maddi vəziyyəti çətin olanlar üçün bu vəziyyət böyük problem yaradır. "Adam var ki, mütləq MRT-dən keçməlidir ki, müalicəsi yazılsın, yoxsa həyatını itirəcək. Amma onlar üçün insan həyatı yox, öz cibləri vacibdir," – deyə sakinlərdən biri vurğulayıb. Geri qayıt |