Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Ağdamın icra başçısı YOL ÜSTÜNDƏ...
Ağdamın icra başçısı YOL ÜSTÜNDƏ...15-12-2024, 01:43 |
Bələdiyyə seçkilərinə qədər bir neçə rayonun icra başçısının dəyişdirilməsi planı barədə məlumat vermişdik. Və onlardan bəzilərinin adları da açıqlandı. Bu barədə həm "DİA-AZ"da, həm də bəzi KİV-lərdə xəbərlər gedib. Əldə etdiyimiz məlumata görə, "vurulacaq" başçılardan biri də hazırda Ağdama başçılıq edən Vaqif Həsənovdur. Bu barədə danışan mənbəyə görə, V.Əsədov da 'yuxarılar' üçün arzuolunmaz fiqurlardandır: "Elə buna görə də, V.Həsəniv da, digər azad olunmuş rayonların başçıları kimi Qarabağdakı quruculuq işlərindən kənar tutulur". Mənbə iddia edir ki, Vaqif Həsənov yeni ilin ilk günlərində görəvdən alınacaq: "Artıq qərar qəbul olunub". Geri qayıt |