Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR?

Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR?


Bu gün, 14:12

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla yerli məmurlardan biri arasında münaqişə yaşanır. "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında rayon sakini, blogger kimi fəaliyyət göstərən Emil Dənizxanoğlu açıqlama ilə çıxış edib.

Onun verdiyi məlumata görə, bir müddət bundan öncə Rafiq Cəlilov Cəlilabad şəhər ərazi inzibati dairəsinin nümayəndə rəhbərinin müavini Loğman Hüseynova şiddətli töhmət verib.

E.Dənizxanoğlu yazır: "Və bundan sonra Loğman Hüseynov "Facebook" hesabında ölkə Prezidentinə müraciət edib; deməsinə görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov demişdir ki, Milli Məclisin deputatı və Prezidentin ətrafında olan yüksək vəzifəli şəxsin (şəxslərin) göstərişlərinə əsasən şər və qarayaxma maddəsi ilə işindən uzaqlaşdırılacaq. 
Təbii ki, Loğman Hüseynovun hünəri çatmayıb ad yazmağa, lakin eyhamlı vurğu ilə iddia edərək bildirmişdir ki, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri və eyni zamanda Prezidentin köməkçisi Kərəm Həsənov və Milli Məclisin Cəlilabad şəhər üzrə deputatı Malik Həsənovdur.
Çox maraqlıdır, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov görəsən, nəyə görə Kərəm Həsənovun və Malik Həsənovun adından istifadə edir?
Kərəm Həsənov və Malik Həsənovdan da soruşuram: nəyə görə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova göstərişlər verirsiniz?
Və yaxud da Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, nəyə görə Kərəm və Malik Həsənovların göstərişi ilə rayonda idarəçilik sistemini formalaşdırmısınız? Loğman Hüseynovun yazmış olduğu yazıda, belə iddia olunmuşdur!
Loğmam Hüseynov, yazıb paylaşmış olduğu yazıda özünü xalqa xidmət edən məmur kimi qələmə vermişdir, lakin korrupsionerin lap yekəsidir.
Belə bir paylaşım etmiş və sonradan silmişdir. Əcəba, təziqlərə məruz qalmışdır, yoxsa nə?"
Həmin müraciəti - silinmiş müraciəti təqdim edirik:


Geri qayıt