Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıbBu gün, 03:55 |
|
Son illər xaricdə təhsil şirkəti kimi tanınan “Pilgrim Education“dan xəbər var.
AzFakt.com-a daxil olan məlumata görə tez-tez sosial şəbəkələrdə reklam olunan “Pilgrim Education“ şirkətinin rəhbəri Aisa Aslanova “yoxa” çıxıb. Belə ki, “Pilgrim Education“ şirkətinin nömrəsinə zəng etdikcə cavab verilmir, yalnız “whatsapp” sosial şəbəkəsi üzərindən heç kəsin tanımadığı bir xanım operator kimi səs atır yaxud mesaj yazır ki, probleminizi yazın sizi lazım olan şəxsə yönləndirəcəm.
AzFakt.com-un əldə etdiyi məlumata görə “Pilgrim Education“ şirkəti xeyli sayda vətəndaşı xaricdə təhsil adı altında aldadıb. Haqqlarında çoxsaylı şikayətlər olduğu üçün şirkət rəhbəri Aisa Aslanova və köməkçiləri nömrələrini dəyişərək yoxa çıxıblar.
Qeyd edək ki, Aisa Aslanovanın “Pilgrim Education“ şirkətində əsas köməkçisi Leyla Mustafa adlı xanımdır.
Həmçinin artıq sosial şəbəkələrdədə “Pilgrim Education“ şirkətinin heç bir reklam çarxı yayımlanmır.
Bildirək ki, bir müddət öncə sosial şəbəkələrdə onlarla vətəndaş “Pilgrim Education“ şirkəti tərəfindən xaricdə təhsil adı altında aldadıqlarını yazmışdılar.
Geri qayıt |