Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Əmlak Komitəsinin sabiq rəhbərliyi dövlət əmlakını qohumlarının adına necə “bron etdirib”?

Əmlak Komitəsinin sabiq rəhbərliyi dövlət əmlakını qohumlarının adına necə “bron etdirib”?


Dünən, 17:35

"Əmlak Məsələləri Dövlət Komitəsi 2019-cu ildə müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsə də, komitənin 2019-cu ilə qədərki fəaliyyəti, bu müddət ərzində baş verən qanunsuzluqlar bu gün də öz miqyas və ağır nəticələrinə görə diqqət çəkir..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Heç kimə sirr deyil ki, Əmlak Komitəsinin sabiq rəhbərliyi uzun illər ərzində qorumalı olduğu dövlət əmlakını amansızcasına talayıb, həmin əmlakı öz yaxınlarının adına sənədləşdirərək onları qeyri-rəsmi milyonçulara çevirib. 

Keçmiş rəhbərlik bu məsələdə maraqlı taktika sərgiləyib. Belə ki, dəyəri yüksək olan, böyük perspektiv vəd edən obyektləri öz yaxınları arasında bölüşdürən sabiq rəhbərlik, daha sonra onları açıq özəlləşdirmə prosesindən gizli şəkildə doğmalarının adına sənədləşdirib. İşin ən əcab tərəflərindən biri isə bundan ibarətdir ki, Komitə rəhbərliyi sözügedən özəlləşdirmə prosesi zamanı alt sənədlərin hazırlanmasına belə lüzum görməyib. Başqa sözlə desək, minlərə obyekt, torpaq sahəsi və s. alt sənədlər olmadan özəlləşdirilib. Həmin dövrdə özəlləşdirilən iri obyekt və torpaq sahələri ilə bağlı aparılan təftiş prosesi bu həqiqəti asanlıqla ortaya çıxara bilər.

Sabiq rəhbərlik məlum prosesə arxiv idarəsinin müdiri Şəmsi adlı şəxsi də cəlb etmiş, daha sonra həmin şəxsin təyinatını rayonlardan birinə verdirərək ondan “xilas olmuşdur”.

Gələn yazımızda bu haqda daha ətraflı və detallı informasiya verəcəyik".


Geri qayıt