
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti açıqlama ilə çıxış edib. "DİA-AZ" olaraq SOCAR "Azəriqaz" İstehsalat Birliyinin 2023-2024-cü illər aralığında daha az neft hasil etməsinə diqqət çəkən NHMT sədrinin paylaşımını təqdim edirik:
"SOCAR Azneft İB fərq (-658,8 min ton neft) 2023-cü ildə 6021,5 min ton neft hasil etmişdir 2024-cü il ildə 5992,6 min ton neft hasil etmişdir.
Hörmətli Həmkarlar!
SOCAR prezidentinin 25 fevral 2025-ci il tarixli 14-2/3-1-52/2025 nömrəli əmri ilə SOCAR-ın Baş Ofisinin aidiyyəti struktur bölmələri, “Azneft” İB və “SOCAR Upstream Operations Management” MMC-nin vahid idarəetməsini həyata keçirən Qərargah fəaliyyətə başlamışdır. Qərargah başlıca olaraq “Bir Hədəf Üçün Birlikdə” şüarını əsas tutaraq, hasilat, idarəetmə, insan resursları, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, rəqəmsallaşma, əməliyyatların optimallaşdırılması, satınalmalar və təchizatın idarə edilməsi, maliyyə və digər sahələrdə dəyişikliklərin aparılmasını, yeniliklərin tətbiqini və qısa müddətdə maksimum nəticə əldə etmək üçün strateji məqsədləri hədəf kimi qarşısına qoymuşdur. SOCAR rəhbərliyinin bilavasitə təşəbbüsü ilə Qərargah operativ şəkildə fəaliyyətə başlamış, ilkin olaraq mövcud vəziyyətin təhlili, öyrənilmiş dərslərin analizi və yaxın gələcəkdə gözlənilən əsas nəticələrə fokuslanmaqla tədbirlərin həyata keçirilməsinə başlamışdır. Bu məqsədlə Qərargah hasilat əməliyyatlarının idarə edilməsi, transformasiyanın idarə edilməsi, strateji layihələr və xüsusi tapşırıqlar üzrə sahələrin idarə edilməsini özündə birləşdirən yeni idarəetmə modeli formalaşdırmışdır. Keçid dövrü üzrə idarəetmə modelinin strukturu aşağıdakı kimidir:
A. Hasilat əməliyyatları üzrə idarəetmə strukturu: Komandanın tərkibində layihələr, işlənmə, əməliyyatlar, SƏTƏMM və dəstək funksiyaları fəaliyyət göstərir. Əsas məqsədi “Azneft” İB-da son dövrlərdə baş verən hasilatın azalması ilə müşahidə olunan tendensiyanın qarşısının alınması, hasilatın stabilləşdirilməsi, əməliyyatların optimallaşdırılması və SƏTƏMM mədəniyyətinin inkişafını təmin etməkdir. B. Transformasiya üzrə idarəetmə strukturu: Əsas struktur bölməsi Transformasiya İdarəetmə Ofisidir. Hasilat əməliyyatları üzrə struktur mövcud hasilat problemlərinin operativ şəkildə aradan qaldırılmasına yönələnləri, gələcəkdə davamlı inkişafı təmin edəcək uzunmüddətli və səmərəli idarəetmə modelinin formalaşdırılması və tətbiqini Transformasiya İdarəetmə Ofisi həyata keçirəcəkdir.
C. Strateji layihələr və xüsusi tapşırıqlar üzrə idarəetmə strukturu: Komanda iş həcmlərinə uyğun olaraq layihə menecerləri və layihə koordinatorlarını cəlb etməklə, xüsusilə, xarici tərəfdaşlarla həyata keçiriləcək strateji layihələrin, eləcə də SOCAR-ın strateji hədəflərinə yönələn xüsusi tapşırıqların icra edilməsini təmin edəcəkdir. Fəaliyyətinizdə nəzərə almağınız xahiş olunur. Hörmətlə, QƏRARGАН Qeyd; Bəs azərbaycan dilini bilməyən və NQÇİ əməliyyatları üzrə rəhbər təyin olunan Aleksey Kazakov idarəetməni hansı dildə aparacaq?"

Geri qayıt
|