Əsas Səhifə > Üçüncü sektor / Manşet > "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..."
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..."Bu gün, 12:37 |
*** “Perla Mebel” müştərisinin şikayətinə cavab verib. Şirkətin Sumqayıt filialının mağaza müdiri İsrafil Əliyev Yenisabah.az-a bildirib ki, hadisə vətəndaşın iddia etdiyi kimi deyil: “Sözügedən vətəndaş bizə məlumat verib ki, mənim yoldaşım işdən çıxıb və mənim gücüm bu ödənişi etməyə çatmır. Bu səbəbdən də krediti ləğv edirəm. Biz də krediti ləğv etdik. Müştəri ötən ayın 30-u məhsulu alıb. Müştəriyə məlumat verilib ki, bizdə sifarişlə stullar hazır deyil. 10-15 gün ərzində özəl sifarişlər hazırlanır. Həmin müştərinin istədiyi masa da vitrində var idi. Dedi ki, nə vaxt çatdıracaqsan, dedik ayın 1-i. Mən müştəridən təsdiq aldıqdan sonra məhsulu göndərirəm. Əgər təsdiq olmasa, mən müştəriyə malı vermirəm. Məhsulu göndərdiyimiz müddətdə ustaya deyib ki, bu onsuz da vitrindən gəlib, qaytaracam. Müştəri özü bilir ki, məhsul vitrindən qayıdıb, amma bizə qarşı təxribat yaradır. Sonra mağazamıza zəng edib deyib ki, mən bu masanı istəmirəm, vitrindən gəlib”. İsrafil Əliyevin sözlərinə görə, şikayətçinin qaytırlmasını tələb etdiyi məbləğlər nəzərdə tutulan cərimələrdir: “Bizdə sifariş birinci dəfə ödənişsiz halda göndərilir, ikinci dəfə isə ödənişli olur. Müştəriyə də məlumat verdik ki, 20 manat cəriməsi olacaq. 83 manat isə ləğv olunan kreditin 4 faizlik cəriməsidir. Kredit bürosunda da elədir ki, yalnız 24 saat ərzində kredit ödənişsiz halda ləğv edilə bilər. 24 saatı keçdiyi təqdirdə isə 4 faiz cəriməsi var. Bu, Azərbaycan Kredit Bürosunun qərarıdır, bizim deyil. Bizim köməkliyimiz odur ki, onun kredit imtinasını verdik. Biz heç vaxt heç bir müştəri ilə belə bir problem yaşamamışıq”. Xatırladaq ki, Nihad Abbasov adlı vətəndaş öz “Facebook” səhifəsində “Perla Mebel”in Sumqayıt filialından şikayət bildirib. Vətəndaş iddia edir ki, sifarişin yerinə yetirilməsi zamanı aşağıdakı ciddi pozuntularla qarşılaşıb.
Geri qayıt |