Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır

Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır


Bu gün, 12:14

"Özləri oğurladıqları qazı itki olaraq dəyərləndirmirlər... hər dəfə yıxırlar sayğacın üstünə..." "DİA-AZ"a bu barədə məlumat verən "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarından biri olduqca ilginc məqamlara aydınlıq gətirib.

Məlumatda daha sonra deyilir:

"✅QPS-lərdə qazı azaldıb çoxaldanda yaratdıqları mexaniki itkini nəzərə almırlar.

✅Yeraltı qaz xətlərində korroziya səbəbindən yaranan dəliklərdən axan qazı itki saymırlar.

✅Sənaye obyektlərində, xüsusən böyük həcmdə qaz işlədən obyektlərdə sayğacın hesablama mexanizminin rəqəmlərini geri çəkərək, yəni sayğacı silərək sərfiyyatı azaltdıqda yaratdıqları itkini saya almırlar.

✅Adi sayğaca qədər qazın təzyiqi normadan aşağı olanda sayğac keçirtdiyi qazı düzgün hesablamır.

Bir itki də belə yaranır... Bu, ən çox da son zamanlarda quraşdırılan "Zenner" tipli sayqaclarda daha çox müşahidə olunur. Bəzən ümumiyətlə, sayğacın mexanizmi dirənir. Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır..."


Geri qayıt