Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Neftçalada ŞÜBHƏLİ TENDER oyunları...
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları...Bu gün, 12:18 |
Neftçala İcra Hakimiyyəti yeni tendder elan edib. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu dünən müsabiqənin məqsədini açıqlayıb. Rəsmi məlumatda deyilir ki, tenderin keçirilməsinin məqsədi Neftçala rayonunda daxili yolların,büdcədənkənar vəsait hesabına daxili yolların və mənzil fondunun əsaslı təmir işlərinin satınalınması reallaşdırmaqdır. Nefçala İcra Hakimiyyəti bütün bu işlər üçün 898 min 899 manat vəsait ayırlmağa hazır olduğunu bildirib. Daha doğrusu, İcra Hakimiyyəti bu işlərin qeyd olunan məbləğə başa gələcəyini müəyyənləşdirib. Tribunainfo.az məsələ ilə bağlı qısa bir araşdırma aparıb. Belə ki, açıq mənbələr üzərindən aparılan araşdırma zamanı məlum olub ki, son 8 ayda Neftçala İcra Hakimiyyəti iki tender keçirib. Onlardan biri bu ilin 21-də reallaşıb və Neftçala rayonunda abadlıq və mənzil fondunun əsaslı təmir işlərini əhatə edib. Tenderin dəyəri isə 1 milyon 254 min 237 manat təşkil edib. Digər tender isə ötən ilin 12 dekabrında elan edilib. Həmin tenderin məqsədi isə Neftçala rayonunda daxili yolların və büdcədənkənar vəsait hesabına daxili yolların əsaslı təmiri işlərinin satınalınmasından ibarət olub. Bu işlər üçün isə 963 min 234 manat vəsait ayrılıb. Maraqlıdır ki, keçirilən hər iki tenderi “AVTOYOLTIKINTISERVIS” MMC udub. Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTOYOLTIKINTISERVIS” (VÖEN: 1904350701) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.03.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏLİYAR ƏLİYEV, ev 195, m. 6, qanuni təmsilçisi kimi isə Məmmədov Ramin Adil oğlu qeyd olunub. Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC -nin təsisçisi və ilk qanuni təmsilçisi İsgəndərov Etibar Eyvaz oğlu olub. MMC ilk dəfə BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, Q YAŞAYIŞ SAHƏSİ ( YENİ GÜNƏŞLİ QƏS.), ev 13, mənzil 39 ünvanında dövlət qeydiyyatına alınıb. MMC-nin hazırki günə 154839.17 manat vergi borcu var. Xatırladaq ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı 36 yaşlı Mirhəsən Seyidovdu. O, 5 mart 2020-ci ildə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Geri qayıt |