Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > 'AL Market'də köhnəlmiş məhsul satılır
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > 'AL Market'də köhnəlmiş məhsul satılır

'AL Market'də köhnəlmiş məhsul satılır


6-04-2025, 10:14
'AL Market'də köhnəlmiş məhsul satılır
"Azərsun Holdinq"in törəmə müəssisəsi olan "AL Market" supermarketlər şəbəkəsində yararsız və köhnəlmiş konfetlərin satışa çıxarıldığı iddia olunur.

32gun.az-ın redaksiyasına daxil olan məlumata görə, "AL Market" şəbəkəsinin Nərimanov rayonundakı filialından alınan südlü Toffee konfetləri keyfiyyətsiz vəziyyətdədir. Müştərilər bildiriblər ki, konfetlər o qədər bərk və köhnəlib ki, nə əllə, nə də dişləməklə kəsmək mümkün deyil. Halbuki bu tip şirniyyatlar normada yumşaq olmalıdır.

Qeyd edək ki, "AL Market" mağazalar şəbəkəsinin rəhbəri Mühəmməd Zülfü Özçelikdir. O, bu vəzifəyə 2025-ci ilin fevral ayının sonunda təyin edilib.


Geri qayıt