Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Masallının icra başçısı da TİKİNTİ XAOSUNA QOŞULDU: Ağaclar kəsildi və...
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Masallının icra başçısı da TİKİNTİ XAOSUNA QOŞULDU: Ağaclar kəsildi və...

Masallının icra başçısı da TİKİNTİ XAOSUNA QOŞULDU: Ağaclar kəsildi və...


3-04-2025, 12:05
Masallının icra başçısı da TİKİNTİ XAOSUNA QOŞULDU: Ağaclar kəsildi və...
Daha bir rayonda tikinti xaousuna start verilib. "DİA-AZ" xəbər verir ki, bu barədə həyəcan təbili çalan Masallı sakinləriu yerli icra hakimiyyətinin xeyir-duası ilə yaşıllığın məhv edildiyini və yerində hansısa obyektin tikildiyini bildirirlər.

Masallının icra başçısı da TİKİNTİ XAOSUNA QOŞULDU: Ağaclar kəsildi və...

Sakinlər yazır: "Masallı rayonu Kürdəbazlı kəndində yerləşən ətkəsimi məntəqəsinin yanında 10 ədəddən çox iri diametrli tut və şam ağacları qeyri-qanuni olaraq kəsilib. Bəziləri isə növbəti kəsim üçün budanıb. Hazırda kəsilən ağacların yerində hansısa tikili tikilir. Baxmayaraq ki, cinayət işi açılmalı və ərazidəki iş dayandırlmalıdır, görünür yerli ekologiya idarəsi məsələni ört basdır etməyə çalışır".

Masallının icra başçısı da TİKİNTİ XAOSUNA QOŞULDU: Ağaclar kəsildi və...

Bəli göründüyü kimi, yerli ekologiya idarəsinin də bu işdə "deobrosu" var. Hər halda, "yuxarılar" bu faktı mütləq nəzərə alacaq...

Geri qayıt