Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > “Unibank” ən pis bankdır

“Unibank” ən pis bankdır


Bu gün, 12:30
“Unibank” ən pis bankdır
“Unibank”dan kredit götürən narazı müştərilərin sayı durmadan artır. Bir çox müştəri “Unibank”dan kredit götürməyi heç kəsə məsləhət görmür.

Tribunainfo.az xəbər verir ki, sözügedən bankdan kredit götürüb peşman olanlardan biri də Əsmər Şükürovadır. O bildirib ki, xüsusilə “Unibank”ın operatorları, əməkdaşları müştəriyə yalan danışır:

“Mən artıq “Unibank”ın yalançı məlumat verən operatorlarından yoruldum. “Unibank”da kreditim var. Krediti götürəndə soruşdum ki, aylıq ödənişdən artıq ödəsəm, bunu əsas məblığdən silmək olar ki, faiz aşağı düşsün. Bankdan bildirdilər ki, bəli, mümkündür. Artıq ödəniş edirəm, ancaq ödəniş məbləğə yox, kreditə yönəlir. Bankın operatorlarının hərəsi bir nağıl danışır. Krediti onlayn sifariş edəndə mənə heç bir komissiya olmadığını dedilər. Ancaq indi komissiya tuturlar. Bütün banklarda artıq ödənişi əsas məbləğə yönləndirmək olur. “Unibank” isə nağıl danışır”.

Şahin Bədəlov isə bildirib ki, ölkədəki ən axmaq bank “Unibank”dır:

“Ölkədə kredit verən ən axmaq bank bir “Unibank”dır, bir də “Kapital Bank”. Məndə də var idi. Digər bankdan götürüb bağladım, canım qurtardı bunlardan”.

Faiq Məmmədzadə də kredit üçün “Unibank”ın uyğun olmadığını bildirir:

““Unibank” kredit götürmək üçün ən son bankdır”.

“Unibank” ən pis bankdır
“Unibank” ən pis bankdır
“Unibank” ən pis bankdır

Geri qayıt