Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..."

"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..."


Bu gün, 12:24
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..."
Sosial problemlər məngənəsində boğulan sıravi insanlarımız əllərindəki son qəpiklərini də başdan-başa ölkəmizi sarmış QUMARXANA şəbəkəsinə qapdırırlar kji, bu da nəticədə daha da təhlükəli duruma rəvac vermiş olur. "DİA-AZ" olaraq aşağıda bir faktı açıqlayacağıq və bir daha təsdiqlənəcək ki, sadə vətəndaşlarımız asan yolla pul əldə etmək üçün “Poz, qazan” kimi lotoreyalara və bir sıra fərqli mərc oyunlarına pul yatırmaqla əslində onlar üçün qurulmuş tələyə düşürlər.

Belə bir növbəti faktı tanınmış hüquq müdafiəçisi Kəmalə Ağazadə açıqlayıb. " "Poz qazan" çıxardanı,oynayanı necə lənətləməyim?" deyə etirazını bildirən hüquq müdafiəçisinin dediklərindən belə anlaşılır ki, pensiya alan qonşusunun başına olay gəlib. Belə ki, digər bir qonşusu həmin pensiyaçının əlindəki son ərzaq pulunu alıb "POZ QAZAN"a yatırıb ki, nəticədə pensionerlər ərzaqsız qalmalı olub.

Qeyd edək ki, bu olay sosial şəbəkədə geniş müzakirə olunub.

Mövzunun aktuallığını nəzərə alıb, K.Ağazadənin bu barədə həyəcanlı paylaşımına verilən reaksiyaları təqdim edirik. Beləliklə...

***

✅ Nargilə Rəhman
Nola, qadağan olunaydı..

✅ Aide Omerova
Poz qazanlar efirde,translar efirde,exlaqsizlar efirde.....Neyin tebliqati gedir bu olkede?

✅ Tural Turan
Bir fakt da var ki , heç kəsi məcbur edib - başına silah dayayıb nəsə aldırmırlar. Nəfsinə qurban getmə. İndiyə qədər bir dəfə də olsun almamışam elə şeylər.

✅ Sevinc Azimli
Hamısı qumarbazdır və dövlət də bu qumarı qanuni edib.

✅ Baxa Ibragimli
Menim de,12000azn uduzmaqim poz qazandan başladi.Bir menali şekilde uzaq durun ondan gelen xeyire lenet olsun.

✅ Ziya Babayev
Mən gənclik illərində bir dəfə 10 şirvanliq bəxt lotosu aldîm, uduzdum. Həmin gündən tövbə etdim. İndi düşünürəm ki, o zaman mən nə yaxşi uduzmuşam )))

✅ Natavan Hacıyeva
Millətə ziyan vurmaqdı məqsədləri vururlarda qumardı bir növ təbliq edilir ölkədə niyə qabağın almırlar məmurundu deyə alan yoxdu qabağın evini maşınınıda satıb verəcəklər ləntə gəlmişlərə başı boşlar

✅ Samir Mehdiyev
Allah lenet elesin qumari olkede yayana

✅ Jale Dadaşova
Elə də həvəslə yığılırlar ki o poz qazanların başına. Öz isti qazanlarini bu qazana deyiwirler

✅ Esmeralda Hikmətqızı
Millətim nə qədər işsizliklə acliqla sinanacaq çarəni o oyunlarda axtaracaq Xeyri yoxdu..

***

Məsələyə qayıdacağıq...

Geri qayıt