Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır...

Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır...


Bu gün, 10:44
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır...
"35 il iş stajim var... 10-cu dərəcəylə dənizdə can qoymuşam. Ancaq 12-ci dərəcələr peşəkarliı ala bilir. Bizə düşmür. Bu məsələyə bir əncam çəkilməlidir". "DİA-AZ" xəbər verir ki, bu ifadələr "Azneft"in narazı işçilərinin çoxsaylı şikayətlərindən birində qeyd olunub.

Bəli, neçə müddətdir ki, SOCAR-ın sıravi neft çalışanları, xüsusən də dənizdə işləyən fəhlələri maaşlarının artacağını səbirsiazliklə gözləyirdilər. Lakin il yekunu bəlli oldu ki, yenə də artım nəzərdə tutulmayıb. Artıq 5-ci ildir köhnə maaşa çalışmalı olan işçilər yenə deə əvvəlki zilləti çəkməlidirlər.

Qeyd edək ki, bu yöndə xüsusi fəallıq nümayiş etdirən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) dəfələrlə məsələ qaldırsa da, sıravı neftçilərin maaşlarının artırılması sanki həllolunmaz bir problemə çevrilib.

Ağır iş şəraiti... dözülməz şərtlər qarşılığında verilən cüzi maaş artıq neft çalışalarını çilədən çıxarıb və davamlı şəkildə şikayətlərini bildirirlər.

"DİA-AZ" olaraq həmin şikayətlərin bəzilərini təqdim edirik:

***

✅ ABİDOV NİCAT:
Neft şirkətleri işcilerine maaş az verirlər.amma vəzifəsi olanlar normal maaş alır.

✅ Daglı:
Hər yer özbaşnalıqdı baxan yoxdu
Umumen denizde,gemide bu sahelerde isleyenlere hec deyer verilmir.Ag kaskali deyilen bir tayfa var maaslari 4-5 min,ama fehleye it payi 7-8 yuz manat pul verilir.Haqqimiz varsa haraminiz olsum

✅ _Wamo333_
sokarin neqliyat idarelerinde suruculere aldirirlar masinin zapcasdin buna encam ceken yoxdu

✅ Elvin
fəhlə və rəis arasinda məvacibin 100 faillzlerlə pul ferqini gorməklə bəlli olur nəticə
neftciye ve nefte ehtiyac yoxdur yeqin


✅ Sexavet Seferov343
,özbaşınalıg

✅ cahidagayev337
5 ildi maas artmir 5 ildi eyni nagil
neftçilərin maaşı Çox azdı hec 500ə catmir

✅ Salam0203
nefciye hörmət yoxdu deyedeki əmək haqqımız azdır deyir xosungelmir cixa bilersen budur hörmet

✅ Caucasus
o qədər neftçilərin "yüksək" maaşı haqqında danışıldı ki, artıq neçə ildir maaşları qalxmır

✅ .QoLF_777
SOCAR Üçün işləyirik Nefti Qazın çıxarılmasında bizimdə əməyiniz var Gəmilər 24 saat işləsədə XDND maşları qaldırmır QSC Rauf Vəliyevdən Xaişim odur ki Matrosların maaşın artırsın

***
Davamı olacaq...

Geri qayıt