Əsas Səhifə > Üçüncü sektor, Manşet > Neftçilər artıq goru olmayan Leninə də rəhmət oxuyurlar...
Neftçilər artıq goru olmayan Leninə də rəhmət oxuyurlar...6-12-2024, 11:36 |
"Sizi deyirlər, düzgün demirlər ki?" "DİA-AZ" xəbər verir ki, bu sualı növbəti açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı vurğulamaqla yanaşı, neft çalışanlarından Zaur Dadaşova istinadla SOCAR rəhbərliyinə ünvanlanmış müraciəti təqdim edib. Tanınmış hüquq müdafiəçisi istinadla bildirir: "Maraqlıdır... bu xalq məgər kastalara bölünüb? Bəlkə belədir... bizim xəbərimiz yoxdur? Və yaxud da kimlərsə xalqın fəhlə zümrəsinə insan gözü ilə baxmır?.. Bu nə yanaşma... nə ayrıseçkilikdir? Yuxarıda rahat kabinetlərdə yüksək maaşlar alıb belə qərarlar verənlər bilmirlərmi ki, hazırda yağ bal içində məhz fəhlənin hesabına yaşayırlar? Fəhlədir ki, canı, min-bir əziyyəti bahasına tək sizləri yox eee... bütün ölkəni ayaqda saxlayır... İnanmazdım ki, lenin atasına rəhmət oxutduranlar olar... Gül kimi fəhlə-kəndli hökuməti - fəhləni, kəndlini adam yerinə qoyan bir hökuməti qurmuşdu *** Bunun bir açıqlamasını verən olsaydı, əla olardı... 600 manat maaş alan fəhlə belə çıxır ki, maaşla birgə uzaqbaşı 1000 manat alacaq? Amma digərləri 6000, 7000, 10000 və daha çox? NƏ SƏBƏBƏ? Olmazmı ki fəhləyə məntiqlə... ədalətlə maaaşının 3 misli yazıla? Sizcə bu doğru olmazmı? Qorxmursunuz ki, məhz bu kimi ədalətsiz qərarlasınıza görə Allah tərəfindən cəzanızın 2-3 misli qədərində hesabı sorulacaq? Mazutun işində... yağışın, küləyin altında min-bir əziyyətə qatlaşan fəhlənin haqqına girməyi kimsə sizə bağışlamayacaq. Bir gün minlərlə insanın əlləri yaxanızda olacaq... Hələ ki restoranlarda fəhlənin bir aylıq "oklad"ı qədərində hesablar verib kef eləyin... Allah mütləq bir gün burnunuzdan tökəcək... Fəhlənin ümidi isə dövlət başçısınadır. Biz inanrıqı ki, Prezidentimiz bundan məlumatlı olsa, vəziyyətə müdaxilə edər... Bizim çıxış yolumuz susmamaqda, haqqımızı tələb etməkdədir ki, dövlət başçısı da bütün bunlardan məlumatlı olsun..." Geri qayıt |