Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Göyçayda daha bir MƏMUR HARINLIĞI...

Göyçayda daha bir MƏMUR HARINLIĞI...


24-11-2024, 12:31
Göyçayda daha bir MƏMUR HARINLIĞI...
Göyçay rayon Çərəkə kənd sakini Əli Əhmədov 4 azyaşlı övladının olduğunu deyir. "DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, 313 manat maaş alır ailəsini dolandıra bilmir.

Vətəndaş iddia edir ki, həyat yoldaşı iş üçün icra hakimiyyətinə müraciət etmək üçün ora getdiyində onları ordan təhqir edərək qovublar.

Şikayətçinin sözlərinə görə Göyçay rayonunun yaşıllaşdırma idarısinin müdiri deyib ki, uşaqlarını apar uşaq evinə qoy, sizə iş verməyəcəyik.

Onun iddiasına görə, Murtuz adlı şəxs onlara hədə-qorxu gəlib və onun arxasında yüksək vəzifəli şəxsin durduğunu bildirib. Vətəndaş deyir ki, 4 uşaq demək olar acdır, çox acınacaqlı durumdadır. O adiyyatı qrumlara müraciət edərək Göyçay rayonunun yaşıllaşdırma idarəsinin müdüri haqqında tədbir görülməsini və həyat yoldaşının işlə təmin edilməsini xahiş edir.


Geri qayıt