Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > "Müəllimlər kütləvi şəkildə işdən çıxarılır"
"Müəllimlər kütləvi şəkildə işdən çıxarılır"17-10-2024, 16:19 |
"Hörmətli Cənab Nazir. Yazıb bildiririk ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllimlər kütləvi şəkildə işdən çıxarılır, narazı salınır". diaaz.space xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirli Cənab Emin Əmrullayevə müəllimlər adından edilən müraciətdə deyilir. Müraciətdə daha sonra bildirilir: "Kollecin direktoru Hicran Əyyubova 20 ilin müəllimlərinə dərs saatı vermir, ixtisara salmaq istəyir. Bir sözlə işə qəbul etdikləri müəllimləri də seçərkən öz mənafeyindən çıxış edir. Qazax rayonundan özü ilə kollecə müəllimlər gətirir, bələdiyyə sədrini müəllim kimi işə qəbul edir və s. Hələki kollecdə baş verənlərlə bağlı vaxtınızı almaq istəmirəm ki, Sizin 18 oktyabr 2024-cü il tarixdə Tovuzda planlaşdırılan vətəndaş qəbulunda iştirak etmək istəyirik.Bu məqsədlə 2 oktyabr 2024 cü il tarixdə edu.gov.az saytı,146-6 və +994512067848 nömrəsinə whatsapp vasitəsiylə qeydiyyat üçün müraciət etdik. Elm və Təhsil Nazirliyini tərəfindən bizim qeydiyyatdan keçməyimiz barədə məlumat verildi, sonradan məlum oldu ki, Sizlərin vətəndaş qəbulunuzda biz müəllimlərin iştirakını istəmirlər.Sizdən artıq dərəcədə xahiş edirik bizi qəbul edin.Tovuz Dövlər Sosial İqtisadi kollecində baş verən neqatib halları Sizin diqətinizə çatdıraq..." Geri qayıt |