Əsas Səhifə > Şou-biznes > Teleaparıcı Rəna Nəsirli: "Ailə qurmağa tələsmirəm"

Teleaparıcı Rəna Nəsirli: "Ailə qurmağa tələsmirəm"


1-04-2015, 09:03
Teleaparıcı Rəna Nəsirli: "Ailə qurmağa tələsmirəm"
diaaz.space teleaparıcı Rəna Nəsirlinin Milli.Az-a müsahibəsini təqdim edir:

- Rəna xanım, bildiyimə görə, ixtisasınızın televiziya sahəsinə heç bir aidiyyatı olmasa da, bu sahəyə böyük həvəs və maraq nəticəsində gəlmisiniz. Birdən-birə nə baş verdi?

- Bir gün eşitdim ki, Dövlət Televiziyasında aparıcı vakansiyası var. Nədənsə, birdən-birə marağım daha da artdı, həvəsləndim və müraciət etdim. Nəticə etibarilə işə qəbul olundum. O gündən bu günə kimi xəbər proqramının aparıcısı kimi fəaliyyət göstərirəm.

- Milyonlarla tamaşaçının diqqəti sizə yönəlir bir anlıq. Bəs həmin an sizin diqqətiniz harada olur? Tamaşaçıların “göz”ünə eyni anda baxa bilirsiniz?

- Bəli, bu əsas şərtdir. Mən xəbərləri oxuyarkən elə bilirəm ki, hər bir tamaşaçı ilə ayrılıqda söhbət edirəm, hər birinin gözünün içinə tək-tək baxıram.

- Nəzərə alsaq ki, xəbərləri ingilis dilində təqdim edirsiniz, bir az çətinlik yaradır bəlkə də sizə...

- Çətinlik deməzdim, çünki ingilis dilində sərbəst danışıram. Bu baxımdan problem yoxdur. Lakin elə məqamlar olur ki, məsuliyyətli bir xəbəri çatdırmalı olursan, onda ani bir səhv hər şeyi korlaya bilər (gülür). Buna görə də, necə deyərlər, ayıq-sayıq olmaq lazımdır.

- Siz ilk dəfə efirə çıxanda həyəcan keçirtmədiniz ki?

- İlk dəfə həyəcan hər bir aparıcıda olur. Amma onu büruzə verməməyin özü də bir peşəkarlıqdır. Ola bilsin ki, məndə də olub, amma tamaşaçıya hiss etdirməmişəm. O onsuz da tədricən aradan gedən bir şeydir.

- Demək ki, efir vaxtı diliniz topuq vurmayıb heç zaman, elədir?

- Bəli, bəli... Elədir (gülür).

- Aydın məsələdir ki, istənilən bir xəbər aparıcısı geyiminə xüsusilə diqqət yetirməlidir. Siz geyimlərinizi seçərkən ən çox nəyə diqqət edirsiniz?

- Açıq-saçıq geyimlərə bir o qədər də üstünlük vermirəm. Vulqar görünməkdən ehtiyat edirəm. Amma müəyyən qədər qısa geyinə bilərəm. O da yerinə və zamanına baxır. Əsas yaraşmağıdır.

- Siz bu vaxta qədər nə istəmisinizsə, o da olub?

- Şükürlər olsun ki, olub. Ən sadəsi ona görə ki, Londona getmək, bir müddət orada yaşamaq çoxdankı arzularımdan biri idi, o da yerinə yetdi.

- Qərib bir şəhərdə tək yaşamaq bu qədərmi asan oldu sizin üçün?

- Düzdür, tək idim, ancaq ürəyim hər bir zaman vətən eşqi ilə düyünürdü. Adam nə qədər olmasa da, darıxır doğma el üçün, doğmalar üçün, əzizlər üçün...

- Həyatınızda bərk darıxdığınız özəl bir insan var?

- Belə bir insan yoxdur, bəlkə də haçansa olacaq (gülür).

- Efirə sırf sizə görə baxan tamaşaçılardan xəbəriniz var?

- Azdan-çoxdan eşitmişəm. Hətta özümə də deyənlər olub ki, xəbərlərə sırf sənə görə baxırıq (gülür).

- Ailə qurmusunuz, yoxsa siz də bu işdə tələsmək istəməyənlərdənsiniz?

- Subay olmağına, subayam. Sözün düzü, ailə qurmağa tələsmirəm. Zamana buraxmışam bu işi. Çünki indi karyeramda yüksəlmək mənim üçün vacib amillərdən biridir.

- Ailə qurarkən nəyi nəzərə alacaqsınız?

- Əsas - insanın bir-birini anlayışla qarşılayıb başa düşməsidir. Məncə, bu olsa, ailə təməli də sarsılmaz və sağlam olar.

- Deyəsən, bir az kövrək, bəlkə də duyğusal birisiniz...

- Hisslərim çox zərifdir. Tez kövrəlirəm. Bu, elə bəlkə də duyğusal olmağımdan irəli gələn bir amildir.

Teleaparıcı Rəna Nəsirli: "Ailə qurmağa tələsmirəm"
Teleaparıcı Rəna Nəsirli: "Ailə qurmağa tələsmirəm"
Teleaparıcı Rəna Nəsirli: "Ailə qurmağa tələsmirəm"

Geri qayıt