Əsas Səhifə > Şou-biznes > “Musiqili meyxananın banisi Nizami Rəmzidən əvvəl Ağasəlim Çıldaq və Molla Məmməddir”
“Musiqili meyxananın banisi Nizami Rəmzidən əvvəl Ağasəlim Çıldaq və Molla Məmməddir”Bu gün, 09:33 |
|
“Nizami Rəmzi də musiqili meyxana deyib. Amma bu o demək deyil ki, ilk musiqili meyxananın banisi Nizami Rəmzidir. Mən ilk qadın meyxanaçıyam, amma məndən də əvvəl Xanımana olub. İndiki dövrdə tək qadın meyxana deyənəm. Nizami Rəmzidən əvvəl Ağasəlim Çıldaq, Molla Məmməd musiqili meyxana deyib. Nizami Rəmzinin avazı, gözəl ideyaları və fikirləri var idi. Yenilikçi idi, yaradıcı idi. Allah ona rəhmət etsin. Çox gözəl musiqili meyxanalar, ölməyən mahnılar yaradıb qoydu. Amma musiqili meyxananı ondan əvvəl deyən olub. O meyxananı efirə, konsert səhnəsinə gətirib, yenilik edib” Bunu Moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib: “Bu kişinin haqqı böyükdür. Mahnılarını oxuyanlar çoxdur. Pul da qazanırlar. Heç olmasa ailəsinə nəsə etsinlər. Halallıq yaxşı şeydir. Mahnılarını yaşatmaq pis bir şey deyil, amma müəllif mütləq qeyd olunmalıdır. Bəziləri öz adına çıxarır. Çox böyük səhv edirlər. Onlara demək istəyirəm ki, nə vaxtdan bəri mahnı bəstələyən olmusuz? Ailəsi həmin müğənnilərə qadağa qoyub, təzminat tələb edə bilər. Bu kişinin vaxtında dediyi meyxanalar bugünki bəzi mahnılardan qat-qat çəkili idi. Mən Nizami Rəmzinin heyranı olmuşam. Bu gün Nizami Rəmzinin mahnılarını oxuyub məşhurlaşanlar bir dəfə efirdə çıxıb adını çəkmir. Külli miqdarda pul qazanırlar. Heç bilmirlər ki, məzarı hardadır” deyə sənətçi bildirib. Geri qayıt |