Əsas Səhifə > Şou-biznes > Nigar Camal və Fərqanə Qasımova arasında qalmaqal

Nigar Camal və Fərqanə Qasımova arasında qalmaqal


Bu gün, 06:45

 Nigar Camal və Fərqanə Qasımova arasında yaşanan fikir qarşıdurması son günlər şou-biznes gündəmini zəbt edib. İctimai maraq doğuran suallardan biri də budur: Nigar Camal Fərqanə Qasımovanı məhkəməyə verə bilərmi?
"DİA-AZ" xəbər verir ki, vəkil Esmira Rzayeva məsələni belə izah edir:
“Hazırda mübahisə tərəflər arasında şəxsi rəy və tənqid xarakteri daşıyır. Azərbaycan qanunvericiliyinə görə həm Nigar Camalın, həm də Fərqanə Qasımovanın ifadə azadlığı Konstitusiya ilə qorunur. İctimai şəxslərin fəaliyyətinə, sənətinə və geyim tərzinə dair estetik rəylər adətən hüquqi məsuliyyət yaratmır. Bu cür şərhlər mədəni və ictimai diskussiya çərçivəsində qəbul olunur.”
“Lakin bir məqam xüsusi vurğulanmalıdır:
Əgər tənqid sərhədi aşaraq təhqir, böhtan, qəsdən nüfuz zədələmək və ya real faktlara uyğun olmayan məlumatların yayılması formasına keçərsə, o zaman məsələ hüquqi qiymət ala bilər. Bu halda sənətçi öz şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Geyim seçimi bir insanın şəxsi azadlığının tərkib hissəsidir və qanunla qorunur. Nigar Camalın geyindiyi libas onun şəxsi və yaradıcılıq azadlığı çərçivəsindədir. Fərqanə Qasımovanın bu geyim barədə dedikləri isə hal-hazırda təhqir xarakteri daşımadığı üçün hüquqi məsuliyyət yaratmır”
“Geyim hüququ şəxsi seçim azadlığının bir hissəsidir və hər kəs necə geyinəcəyi barədə sərbəst qərar verir. Nigar Camalın tədbirlərdə və sosial mediada seçdiyi libaslar onun şəxsi seçimidir və qanunla müdafiə olunur. Fərqanə Qasımovanın şərhləri isə hazırkı mərhələdə sadəcə şəxsi estetik rəy kimi qiymətləndirilir.”
“Yekunda qeyd etmək lazımdır ki, Fərqanə Qasımova tərəfindən qəsdən yalan məlumat yayılmadığı, nüfuz zədələyən ifadələr işlədilmədiyi müddətdə Nigar Camalın məhkəməyə müraciəti hüquqi nəticə verməyəcək. Sadəcə tənqid xarakterli fikir bildirmək qanuni və ifadə azadlığı çərçivəsindədir.”

Geri qayıt