|
Deməsəm olmaz. Müğənni Xatirə İslam yalanları ilə görəsən kimi qandırmaq istəyir? X. İslamın “Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur deyə verdiyi açıqlamada tək bir gerçək onun Xankəndidə doğulmasıdır. Sənəti, ifaçılığı nədir bu barədə heç nə yazmayacağam. Yalanı onun Xankəndidə keçirilən tədbirlərə dəvət olunmaması haqqında dedikəridir. 1 il ərzində ( Xankəndində işlədiyim müddət) Xankəndidə keçirilən bayram tədbirlərinə bu müğənni qatılmadı. Dəfələrlə burda keçirilən bayram konsertlərinə Xatirə İslam dəvət olunsa da müxtəlif səbəblər gətirib iştirakdan imtina edib. Buna mən şahidəm.Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə gəlmək istəməyən Xatirə İslam, siz niyə doğru olmayan məlumatlar verirsiniz? Hamıdan birinci siz bu torpağa gəlib, konsert verməliydiniz.Amma sizi burda görən olmadı. Doğrudur, sənətçinin hansı tədbirdə iştirak edib-etməməsi onun şəxsi qərarıdır. Siz də Xankəndidəki konsertlərdə iştirak etməmək qərarını özünüz vermisiniz. İnanın ki, sizdən heç bir gözlənti də yoxdur. İnsan torpağını sevəndə torpağı üçün əlindən nə gəlirsə edir. Sizin də bu torpağa verəcəyiniz tək şey burda oxuyacağınız mahnı ola bilərdi. Onu da özünüz çox görmüsünüz doğulduğunuz yerə. Heç olmasa Xankəndinin adını yalanlarınızla çirkləndirməyin.
Afət Telmanqızı
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri - "DİA-AZ"
Geri qayıt
|