Əsas Səhifə > Şou-biznes > “Fəxri adlar yığışdırılmalıdır, sənətə görə verilmir, efirdə məni davaya salırlar”

“Fəxri adlar yığışdırılmalıdır, sənətə görə verilmir, efirdə məni davaya salırlar”


Bu gün, 10:09

“Efirlərə çıxmıram. Çıxan kimi məni davaya salırlar. İstəyirlər ki, məni efirə gətirsinlər, gətirə bilmirlər. İndi də mən getmirəm. Zəng edirlər, amma getmirəm. Nə var o efirdə? Çevir tatı, vur tatı. Ürəyim bulanır efirləri izləyəndə. Müğənninin işi oxumaqdan ibarətdir! Mən 1983-cü ildə professional səhnəyə gəlmişəm. İlhamə Quliyevanın oxumağını 1 həftə gözləyirdik. Tükümüzü də tərpətmirdik, əvvəldən axıra qədər ona baxıb zövq alırdıq. Həmçinin də Flora xanıma, Zeynəb xanıma... Müğənni niyə dava ilə efirə çıxmalıdır k? Kimisə otuzdururlar studiyada, aranı qızışdırır və o başlayır suallar verməyə. Cavab verməsən kənardan baxan deyəcək ki, “hə, demək ki, günahkar özüdür ki, cavab vermir”. Ya çıxmamalısan, ya da çıxdınsa cavab verməlisən. Baş-qulağım sakitdir”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Bəsti Bəkirova deyib.


O daha sonra toylarla bağlı suala cavab verib:
“Sizə kim dedi ki, toylara getmirəm? Bu gün böyük bir saraylardan birində toydayam. Toyu da özüm danışmışam, əsas müğənni də özüməm. Mən sadəcə bunları afişa edib, paylaşmıram. Kimlərsə paylaşır. Mən paylaşmağı sevmirəm. Mənim də pula ehtiyacım var. Milyonçu deyiləm ki. Toyda hər şey oxuyuram, təbii ki, səviyyəli mahnılardan söhbət gedir. İnsanların sifariş verdiyi isə tamam başqa mahnılardır. Ona görə də özümlə müğənni aparıram ki, o sifarişləri ifa etsinlər. Biz toy yiyəsinə deyə bilmərik ki, filan mahnını bilmirik”.
Müğənni həyat yoldaşının biznesindən də danışıb:
“Nabranda biznesim var. İstirahət mərkəzidir. Yoldaşım idarə edir. Başqa bir biznesim yoxdur. Deyim ki, böyük qazanc əldə edirəm, yalan olar. Mən bütün yayı Nabranda oluram. Qışda Bakıya qayıdıram. Mən sənətimlə məşğulam. O gün 4 mahnı yazdırmışam. Mənim vaxtımda bu gün efirdə olanlar yox idi. Məni Flora xanım Kərimova tərifləyib efirə çıxarıb. Mən Niyazi görmüşəm. İndi bir çoxu fəxri ad daşıyır. Mən adları ümumiyyətlə qəbul etmirəm. Nə ad? Gəlin əyri oturub, düz danışaq! Guya sənətə görə ad verirlər? Qızılın əyyarı olan kimi kaş müğənnilərin də əyyarı olardı. Hər kəs öz qiymətini bilərdi. Heyf ki, elə deyil. Ümumiyyətlə fəxri adlar yığışdırılmalıdır. Bu zaman bilinəcək ki, kim nəyə qadirdir?” deyə müğənni bildirib.

Geri qayıt