Əsas Səhifə > Şou-biznes > "Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..."

"Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..."


Dünən, 10:42

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov "Vorovski"dəki villasını satışa çıxarıb.

Məsələ ilə bağlı "Unikal"ın redaksiyası ilə əlaqə saxlayan A.Qasımov bildirib ki, bu işlə qardaşı oğlu Bəhruz məşğul olur:

"Ora mənim evimdir. Hərdən gəlib-gedirik. Xahiş edirəm, məni dilə-dişə salmayasınız.

Mənim adımı yox, qardaşım oğlunun adını yazın. Qiymət məsələsi ilə bağlı müzakirələr gedirdi. 3-5 milyon ola bilərdi. Onu da qeyd edim ki, artıq villanı satmıram".


Geri qayıt